Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası

Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə müsbət rəy verdi

58
Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi Referendum Aktı layihəsi ilə bağlı bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib

BAKI, 25 iyul — Sputnik. Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclası keçirilib. Sputnik xəbər verir ki, iclasda Referendum Aktı layihəsinə müsbət rəy verilib.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

58
Teqlər:
Plenum, Referendum Aktı, Konstitusiya Məhkəməsi, rəy, Azərbaycan Prezidenti, layihə
Əlaqədar
Bu gün Konstitusiya Məhkəməsi Prezidentin təqdim etdiyi Referendum Aktı layihəsinə baxacaq
Konstitusiya Məhkəməsi Referendum Aktı layihəsinə yaxın günlərdə baxacaq
Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilir
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan Gorusdan Qubadlını atəşə tutur

5
(Yenilənib 12:16 30.10.2020)
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur

BAKI, 30 oktyabr — Sputnik. Ermənistan ordusu Gorus rayonu ərazisindən Qubadlını artilleriya atəşinə tutur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək", - deyə Nazirliyin yaydığı məlumatda bildirilir.

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

2
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

2