Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarələri

Azərbaycanda Türkiyə Silahlı Qüvvələri üçün yer ayrılıb

158
(Yenilənib 22:21 20.07.2016)
“Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililər, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binası Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin istifadəsinə veriləcək.

BAKI, 20 iyul — Sputnik. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə prezidentin rəsmi saytı məlumat verir. 

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

158
Teqlər:
Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Qızıl Şərq, Türkiyə Silahlı Qüvvələri, Türkiyə, İlham Əliyev, Azərbaycan Respublikası Prezidenti
Əlaqədar
Türkiyə Silahlı Qüvvələri açıqlama yaydı
Türkiyə bu helikopterləri axtarır
Rusiya-Türkiyə münasibətlərini "korlayan" pilotlarla bağlı yeni iddialar ortaya çıxıb
Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı həbs edilib
Türkiyə Silahlı Qüvvələri rəsmi bəyanat yaydı?!