Türkiyə Ali Təhsil Qurumunun binası

Türkiyədən sensasiyalı qərar

5692
(Yenilənib 15:25 20.07.2016)
Universitet rektorları da daxil olmaqla, bütün elm adamlarının ölkədən çıxışına qadağa qoyulub

BAKI, 20 iyul — Sputnik. Türkiyədə, Fətullah Gülən şəbəkəsi ilə bağlantısı olması iddiası ilə bütün alimlərin ölkədən çıxışına qadağa qoyulub. Sputnik bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.

"Universitet rektorları da daxil olmaqla, bütün elm adamlarının ölkədən çıxışına qadağa qoyulub", — deyə Türkiyə Ali Təhsil Qurumunun bəyanatında deyilir.

Qurum iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd üzrə aparılan istintaqla bağlı bu qərarı verib. Məlumata görə, hazırda ölkə xaricində olan elm adamları da geri çağırılır.

5692
Teqlər:
Türkiyə Ali Təhsil Qurumu, Fətullah Gülən, alim, qadağa, Türkiyə
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Türkiyədə daha 788 şəxs barəsində həbs qərarı verildi
Bakıdakı Qafqaz Universiteti də qapadıldı
WikiLeaks Türkiyəyə dair məxfi məlumatlar yaydı
Türkiyə Silahlı Qüvvələri açıqlama yaydı
Türkiyə ABŞ-dan Fətullah Gülənin həbsini tələb etdi
ANS-lə bağlı məhkəməyə müraciət olundu

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

2
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

2
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

5
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

5