CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Jurnalistlər üçün tikilən yeni bina yaxın vaxtlarda istifadəyə veriləcək"

© Photo : APAPrezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Əliyev: "Dövlət öz vəsaiti hesabına jurnalistlər üçün mənzil tikib və onları mənzillə təmin edib. Yaxın vaxtlarda 256 mənzilli yeni binanın da jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur"

BAKI, 20 iyul — Sputnik. "Bu gün Azərbaycanda söz və mətbuat azadlığının bir hissəsi olan fikir plüralizminin inkişaf etdirilməsi sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən dövlət siyasətinin böyük rolu var".

Sputnik Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev "Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda deyib. Bu gün Azərbaycanda senzuranın olmadığını dəyən V.Əliyev qeyd edib ki, Azərbaycanda medianın fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl qanunvericilik bazası formalaşıb.

Onun sözlərinə görə, bu gün dövlət tərəfindən jurnalistlərin sosial-müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür: "Dövlət öz vəsaiti hesabına jurnalistlər üçün mənzil tikib və onları mənzillə təmin edib. Yaxın vaxtlarda 256 mənzilli yeni binanın da jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulur".

V.Əliyev qeyd edib ki, bu gün Azərbaycan qadını vətəndaş cəmiyyətində öz fəallığı ilə seçilir: "Onların ictimai-siyasi, elmi sahədə əldə etdiyi nailiyyətlər bütövlükdə dövlətimizin inkişafına töhfə verir. Azərbaycan qadınları vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verir. Bu gün biz qadın jurnalistlərimizin imzası olmadan jurnalistikanı təsəvvür etməkdə çətinlik çəkirik".

Xəbər lenti
0