Dəniz Baykal: 40 ildə belə bir "tragikomik" "çevriliş senarisi" görmədim

© AP Photo / Burhan OzbiliciCHP Antalya Milletvekili Deniz Baykal
CHP Antalya Milletvekili Deniz Baykal - Sputnik Azərbaycan
Abunə olmaq
Dəniz Baykal: Hər şeyi başa düşdük, amma 6 dəfə azan vermənizi başa düşmədik.

BAKI, 16 iyul-Sputnik. CHP-nin sabiq sədri, TBMM-nin Antalyadan olan millət vəkili Dəniz Baykal, ötən gün Türkiyədə yaşanan "dövlət çevrilişinə cəhd"lə bağlı açıqlama verib.

Baykal öz Twitter hesabından yazıb:

"Siyasətdəki 40 ildən artıq həyatım boyunca, nə çevrilişlər gördüm, nə işgəncələr gördüm, belə "tragikomik" bir "çevriliş ssenarisi" görmədim."

Baykal açıqlamasında Türkiyədə yaşanan son olaylardan sonra baş verəcəkləri belə sıralayıb: "Bu şoudan sonra: 1. Camaat (Fətullah Gülən tərəfdarları — red.) yox ediləcək. 2. Ordu dizayn ediləcək. 3. Prezident üsul-idarəsi elan ediləcək. 4. Muxalifətin mübarizə əzmi qırılacaq."

Baykal həmçinin bildirib ki, "çevrilişin deyil, prezident üsul-idarəsinin ayaq səslərini eşidirik."

"Çevriliş ssenarinizi, prezidentlik şounuzu, bütün addımlarınızı başa düşdük, amma bu, 6 dəfə azan vermənizi başa düşmədik. Güman ki, bu şou və prezidentlik üsul-idarəsinə doğru addımlardır. Nə edirlərsə etsinlər, hansı ssenarini qururlarsa qursunlar, biz buradayıq və ssenarilərini üzlərinə vuracağıq" — deyə TBMM-in ən yaşlı deputatı bildirib. 

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Xəbər lenti
0