Fətullah Gülən

Con Kerri: Əvvəlcə Türkiyə Gülənlə bağlı dəlilləri göstərsin

2351
(Yenilənib 22:41 16.07.2016)
ABŞ-ın dövlət katibi Con Kerri Fətullah Gülənin Türkiyəyə qaytarılması ilə bağlı açıqlama verib.

BAKI, 16 iyul-Sputnik. ABŞ-ın dövlət katibi Con Kerri Fətullah Gülənin Türkiyəyə qaytarılması ilə bağlı açıqlama verib.
Sputnik-in məlumatına görə, Kerri Lüksemburq səfəri zamanı jurnalistlərə bildirib ki, onlara Gülənin Türkiyəyə verilməsinə dair hər hansı rəsmi müraciət edilməyib.

Hərbi çevrilişə cəhdlə bağlı aparılan araşdırmalarda Türkiyəyə kömək etməyə hazır olduqlarını vurğulayan Kerri deyib:

"Biz təxmin edirik ki, bizə Gülənlə bağlı müəyyən suallar ünvanlanacaq. Biz həmişə olduğu kimi, bir daha Türkiyə hökumətinə bildiririk ki, nəsə əldə etmək istəyirlərsə, əvvəlcə Gülənlə bağlı dəlilləri bizə təqdim etməlidirlər".

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdarlarına müraciət edib.

O, ABŞ prezidenti Barak Obamaya çağırış edərək, Fətullah Gülənin deportasiya edilməsi və ya Türkiyəyə təhvil verilməsi tələbini irəli sürüb:

"Onun xəyanət etdiyini şəxsən Sizə demişdim, amma dinləmədiniz. İndi bir daha çağırış edirəm. Pensilvaniyadakı o şəxsi bizə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa, o zaman tərəfdaşınızın bu çağırışını yerinə yetirin".

Qeyd edək ki, bu gün Çanakkalada keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Binəli Yıldırım da demişdi ki, radikal islamı təbliğ edən, Türkiyədəki hərbi çevrilişdə ittiham edilən Fətullah Güləni gizlədən bir ölkə (ABŞ) Ankaranın dostu ola bilməz. Onun sözlərinə görə, Türkiyə hökuməti əmindir ki, çevrilişi məhz prezident Rəcəb Tayyib Ərdoğana müxalif olan "Hizmət" təşkilatının üzvləri təşkil ediblər. Bu təşkilat da hazırda baş ofisi Amerikanın Pensilvaniya ştatında olan Fətullah Gülən tərəfindən idarə olunur.

Türkiyə 2014-cü ilin dekabrında Gülən barəsində rəsmi axtarış elan edib.

2351
Teqlər:
Lüksemburq, Fətullah Gülən, baş nazir Binəli Yıldırım, Con Kerri, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ-ın dövlət katibi, ABŞ
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Fətullah Gülən Türkiyədə baş verənlərə münasibət bildirdi
Türkiyədə Fətullah Gülən tərəfdarlarının kütləvi həbsinə başlanılıb
Fəthullah Gülən Ərdoğanı firona bənzədib
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

6
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

6
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3