Türkiye darbe girişimi

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı həbs edilib

54
(Yenilənib 20:12 16.07.2016)
Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti çevrilişə cəhddə ittiham edilir.

BAKI, 16 iyul-Sputnik. Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

Sputnik-in "CNNtürk"ə istinadla xəbər verir ki, ordu generalı A. Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Malatya qarnizonunun komandanı, general Avni Anqun və daha 2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.

Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.

54
Teqlər:
Fatih Kılınç, Malatya, Ordu generalı, Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, Adəm Huduti, Türkiyə Silahlı Qüvvələri, İraq, İran, Suriya, Türkiyə, çevriliş
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Türkiyə Böyük Millət Məclisində fövqəladə toplantı keçirilir
Qətlə yetirilən generalın köməkçisi azadlığa buraxıldı
Hərbi çevrilişi təşkil edən generalın kimliyi bəlli oldu
Ankara merindən sensasiyalı açıqlama
Hərbi çevrilişin bütün təşkilatçıları həbs olunub