İncirlik aviabazası

Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı

328
NATO-nun İncirlikdəki hərbi bazasında hərəkət qadağan edilib.

BAKI, 16 iyul-Sputnik. NATO-nun İncirlikdəki hərbi bazasında hərəkət qadağan edilib.

Sputnik CNN-ə istinadən xəbər verir ki, bu barədə Türkiyədəki ABŞ konsulluğu məlumat verib.

"ABŞ konsulluğunun məlumatına görə, yerli hökümət hərbi bazada hərəkəti dayandırıb. İncirlik bazada elektrik enerjisi kəsilib. Konsulluq ABŞ vətəndaşlarını vəziyyət tam normallaşmayınca aviabazaya gəlməməyə çağırıb", —deyə CNN bildirir.

Qeyd edək ki, Türkiyə hökumətinin yüksək vəzifəli şəxsləri ötən gün başlayan dövlət çevrilişinə cəhdin müəlliflərinin xaricdən göstəriş aldıqları qənaətindədirlər.

328
Teqlər:
konsulluq, ABŞ, dövlət çevrilişi, Türkiyə, İncirlik hərbi bazası, NATO
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Qətlə yetirilən generalın köməkçisi azadlığa buraxıldı
Çevrilişə cəhd edən hərbçilər Yunanıstandan sığınacaq istəyirlər
Hərbi çevrilişin bütün təşkilatçıları həbs olunub
Binəli Yıldırım: "161 şəhidimiz, 1400 yaralımız var"
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

0
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

0
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

4
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

4
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti