Türkiyə Silahlı Qüvvələri rəsmi bəyanat yaydı?!

Турецкие ВС
Турецкие ВС - Sputnik Azərbaycan
Abunə olmaq
Bu bəyanatın bütün Türk kanallarında yayılması TSQ-nin əmridir!

BAKI, 16 iyul-Sputnik. "Prezident və hökumət səlahiyyətliləri tərəfindən xalqımıza və dövlətimizə xəyanət edilmiş, dövlət haqq etdiyi etibarını itirmiş, ölkəmiz qorxuya istinad edən bir hala gəlmişdir."

Türkiyənin bayrağı - Sputnik Azərbaycan
Türkiyədə hərbi çevrilişə cəhd baş verib

Bu bəyanat Türkiyə Silahlı Qüvvələrinin (TSQ) çevrilişə cəhd edən,  "Yurdda Sülh Şurası" adı altında çıxış edən qurum tərəfindən TRT kanalı vasitəsilə xalqa xitabla verilib.

Atatürkün "Yürdda sülh, cahanda sülh" şüarı ilə hərəkət edəcəyini bildirən TSQ hüquqi və dünyəvi dövlətin qarantı olduğunu xatırladıb.

Hökumətin atdığı səhv addımlar nəticəsində ölkənin terror yuvasına çevrildiyini vurğulayan TSQ, Atatürkün öndərliyində qurulmuş dünyəvi cümhuriyyətin qorunması vəzifəsinin onun üzərində olduğunu bildirib.

Bəyanatda qeyd olunub ki, küçəyə çıxma qadağası qoyulacaq, hava limanları, sərhəd qapılarından xaricə çıxış qadağan ediləcək, heç bir vətəndaşın zərər görməsinə icazə verilməyəcək.

"Bütün vətəndaşların ifadə azadlığı, mülkiyyət toxunmazlığı Yurdda Sülh Şurasının himayəsi altındadır." — deyə bəyanatda bildirilib.

Qeyd olunub ki, bu bəyanatın bütün Türkiyə telekanallarında yayılması TSQ-nın əmridir.

Xəbər lenti
0