Səyyar ASAN Xidmət

Səyyar ASAN xidmət bu rayonlara gedir

10
11 - 25 iyul tarixlərində Samux və Saatlı şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 11 iyul — Sputnik. Səyyar ASAN xidmət 11 — 25 iyul tarixlərində Samux və Saatlı şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

10
Teqlər:
vətəndaş, xidmət, ASAN Xidmət, Səyyar ASAN, Səyyar ASAN xidmət
Əlaqədar
Səyyar ASAN xidmət Tovuzda
Səyyar ASAN xidmət Masazırda
Səyyar ASAN Balaxanı, Qəbələ, Şabran və Astarada
ASAN xidmət Ağstafadadır
"ASAN ödəniş" sistemindən daha bir yenilik
Mürsəlov Fərhad

Qaziyə yüksək texnologiyalı protez hazırlanır

0
(Yenilənib 13:33 20.01.2021)
Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

BAKI, 20 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluqçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlər ilə təminatını davam etdirir.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

O, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb. Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

0
Azərbaycan manatı, arxiv şəkli

Prezident təqaüdləri verilən ailələrin sayı açıqlandı

1
Şəhid ailələrinin övladları, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların özləri və övladları təhsil haqqı ödəməkdən azad edilir.

BAKI, 20 yanvar — Sputnik. Hazırda 20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 274 nəfər Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd olunub ki, dövlət başçısının Fərmanı ilə bu təqaüdlər cari ilin əvvəlindən növbəti dəfə artırılaraq şəhid ailələri üçün 300 manatdan 500 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb.

Bu təqaüdlə yanaşı, onların pensiya, yaxud müavinətlə təminatı da həyata keçirilir, şəhid ailələrinin pensiyalarına əlavə hesablanıb.

Şəhid ailələrinin övladları, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların özləri və övladları təhsil haqqı ödəməkdən azad edilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar da mənzillə, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar avtomobillə təminat proqramı ilə əhatə olunublar. Həmçinin onlar reabilitasiya vasitələri, sanator-kurort müalicəsi üçün göndərişlə təmin edilir, aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir. Vergi, əmək qanunvericiliyində və s. onlar üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

1