Reza Mehmandoust, taekvando üzrə kişilərdən ibarət millimizin baş məşqçisi

Taekvondoçularımız Lüksemburqa yollanıblar

54
(Yenilənib 21:35 08.07.2016)

BAKI, 8 iyul-Sputnik. Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası iyulun 9-10-da təşkil ediləcək "Luxembourg Open" beynəlxalq turnirində iştirak edəcək.

Taekvando Federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, "G1" kateqoriyalı turnir həm reytinq xalları, həm də "Rio-2016" Yay Olimpiya Oyunlarından əvvəl taekvondoçular üçün mühüm əhəmiyyət kəsb edir. Kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov bu yarışda tam heyətə üstünlük verib.

Məşqçilər yarışda Məcid Sofiyev (54 kq), Mikayıl Əliyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Sina Bahrami, Ayxan Tağızadə (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayevə (87 kq-dan yuxarı) şans verəcək.

Qadın taekvondoçuların yarışında isə ölkəmizi yalnız Fəridə Əzizova (67 kq) təmsil edəcək. İdmançımızın klubdakı məşqçisi Səbuhi Zülfüqarov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Lüksemburqa yollanıb.

Qeyd edək ki,taekvando yığma komandamız iyulun 12-də Vətənə qayıdacaq. F.Əzizova isə Serbiyadan gələn dəvətə əsasən, bu ölkənin Olimpiya lisenziyalı idmançısı Milika Mandiç ilə birgə 10 günlük təlim-məşq toplantısına qatılmaq üçün Lüksemburqdan Belqrada yollanacaq və Olimpiya Oyunlarına hazırlığını davam etdirəcək.

54
Teqlər:
Serbiya, Luxembourg Open, taekvondo, Taekvando Federasiyası, Fəridə Əzizova, Rio-2016 olimpiadası, Yay Olimpiya Oyunları
Əlaqədar
Azərbaycanlı idmançı Britaniyada idman klubu yaradıb
İdman dünyasında böyük qalmaqal: Avropa Oyunlarına görə Azərbaycandan intiqam aldılar
"Bu idman növündə hələ bir müddət iştirakçımız olmayacaq"
İdman tariximizdə ilk
"Şəxsi intriqalar federasiyanı idman aləmindən təcrid etdi"
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

1
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

1
Ada, arxiv şəkli

Gəl ay müştəri! Şotlandiyada mənzil qiymətinə ada satılır

3
(Yenilənib 21:32 11.07.2020)
20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Bura tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

BAKI, 11 iyul — Sputnik. Şotlandiyada İnçkonnakan (Inchconnachan) adlı yaşayış olmayan ada satışa çıxarılıb. Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir ki, ada 500 min funt sterlinqə (1 milyon manata), yəni Londonda mənzil qiymətinə təklif edilir.

Ada Lomond gölünün mərkəzində yerləşir. Onun qalın bitki örtüyü ilə əhatə olunan ərazinin sahəsi 42 hektardır. 20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Beləliklə, bu, tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

Adada 1920-ci illərdə tikilmiş kiçik bir taxta ev də var. Bina təmir edilə bilmədiyi üçün, onun sökülməsinə və beş yataq otağı olan yeni bir evin tikintisinə razılıq verilib. Bundan əlavə, adada kiçik bir daxma, qayıq stansiyası və qayıqların yan alması üçün körpü tikmək planlaşdırılır.

3