Tonq Fuok Fu adlı vyetnamlı abort zamanı məhv edilən körpələrin meyitlərini alaraq məzarlıqda dəfn edir

O, abort edilmiş uşaqların cəsədlərini klinikadan alır və...

17696
(Yenilənib 23:08 08.07.2016)
Tong Fuok Fuk adlı vyetnamlı mümkün olmayanı mümkün edə bilib.

BAKI, 8 iyul-Sputnik. Tong Fuok Fuk adlı orta yaşlı vyetnamlı mümkün olmayanı mümkün edə bilib. Hər şey 2001-ci ildə, onun arvadı hamilə ikən baş verib.

Xəstəxananın koridorunda oturan Tong bətnində körpə daşıyan hamilə qadınların abort otağına necə daxil olduqlarını və həmin yerdən körpəsiz, göz yaşları içində çıxdıqlarını müşahidə edib.

Anaların öz övladını hələ dünyaya gəlməzdən əvvəl necə məhv etmələri, hətta insan kimi dəfn belə etməmələri Tongu heyrətə gətirib. Elə buradaca onun ağlına belə bir ideya gəlib: şəxsi vəsaiti hesabına torpaq sahəsi alaraq məzarlıq yaratmaq və abort edilən körpələri orada dəfn etmək.

O, klinika ilə razılaşaraq abort zamanı məhv edilən körpələrin meyitlərini alır və məzarlıqda dəfn etməyə başlayır. İlk illərdə 10 min körpənin cəsədini dəfn edir.

  • Tonq Fuok Fu adlı vyetnamlı abort zamanı məhv edilən körpələrin meyitlərini alaraq məzarlıqda dəfn edir
    Tonq Fuok Fu adlı vyetnamlı abort zamanı məhv edilən körpələrin meyitlərini alaraq məzarlıqda dəfn edir
    © Photo : PUBLIC DOMAIN

1 / 5
© Photo : PUBLIC DOMAIN
Tonq Fuok Fu adlı vyetnamlı abort zamanı məhv edilən körpələrin meyitlərini alaraq məzarlıqda dəfn edir

Bu vyetnamlının həqiqi məqsədi aborta məruz qalan körpələrin cəsədlərini dəfn etməkdən daha çox bu cür halların qarşısını almaq olub. Tong düşünüb ki, hamilə qadınlar bu məzarlığı ziyarət edərək onun təsiri ilə öz uşaqlarını abort etdirməkdən çəkinəcəklər.

Tongun ideyası baş tutdu. Maddi imkansızlıqdan övlad dünyaya gətirib böyütməyin çətinliyini hiss edən valideynlər ona üz tutdular. Tong öz şəxsi torpaq sahəsində ev tikərək dünyaya gələn uşaqları böyütmək qərarına gəldi.

Artıq Tongun körpələr evində 100-dən çox uşaq böyüyür. Tong onlara dərin mənalı adlar verir. Misal üçü "Vin" (Şərəf), yaxud "Tam" (Ürək). Bütün uşaqlar öz analarının və Tongun soyadını daşıyırlar.

"Bu, mənim son nəfəsimə qədər davam edəcək. Ümid edirəm ki, mən bu dünyadan köçəndən sonra da mənim uşaqlarım insanlara kömək edəcəklər".

Tongun evindən çəkilən şəkillərdə uşaqların gözlərində xoşbəxtlik qığılcımları görünür. Əlbəttə belə ata hər kəsə nəsib olmur.

17696
Teqlər:
məzarlıq, körpələr evi, klinika, Tong Fuok Fuk, Vyetnam, abort
Əlaqədar
Roma Papası abort etdirənlərin əvf olunmasına icazə verib
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

1
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

1
Игровой момент матча ЕВРО-2020 между сборными Венгрии и Франции

Fransa yığması AVRO-2020-nin oyununda Macarıstan komandası ilə heç-heçə edib

3
(Yenilənib 19:18 19.06.2021)
Budapeşt şəhərində keçirilmiş qarşılaşma hələlik Avropa çempionatında ən çox azarkeşin izlədiyi görüş olub.

Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.

F qrupunda ikinci tur qarşılaşması Budapeştdə keçirilib və 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində qolu birinci hissəyə əlavə olunmuş vaxtda Attila Fiola vurub. Fransızların cavab topunu 66-cı dəqiqədə Antuan Qrizmann vurub. Oyunu 55 998 azarkeş izləyib, bu AVRO-2020-nin hələlik ən çox azarkeş tərəfindən izlənilən oyunudur.

Oyunun birinci hissəsində Macarıstan yığmasının oyunçusu Adam Soloi isti vurmasından əvəz olunub.

Birinci turda Fransa yığması Almaniyaya qalib gəlib - 1:0, Macarıstan isə Portuqaliya komandasına məğlub olub - 0:3. Almaniya və Portuqaliya yığmalarının oyunu bu gün Münhendə keçiriləcək.

Üçüncü turda Fransa Budapeştdə Portuqaliya ilə, Macarıstan isə Münhendə Almaniya ilə qarşılaşacaq. Oyunlar iyunun 23-də baş tutacaq.

3