Gürcüstan ərazisində göl. Arxiv şəkli

Dalğıc Federasiyasının prezidenti suda boğulub

35
(Yenilənib 16:26 08.07.2016)
Göldə batan yeniyetmənin axtarışını həyata keçirən dalğıc özü boğulub.

BAKI, 8 iyul-Sputnik. Gürcüstanın Abaşistskali gölündə batan yeniyetmənin axtarışını həyata keçirən dalğıc özü boğulub. 

Sputnik "Online Gürcüstan"-a istinadla xəbər verir ki, batan dalğıc Gürcüstan Dalğıc Federasiyasının prezidenti Elquca Camrişvilidir.

Çayda axtarışları davam etdirən xilasedicilər nə onun, nə də yeniyetmənin meyitini tapa bilmirlər. Dünəndən davam edən əməliyyatı hava şəraiti daha da çətinə salıb.

Axtarışda Fövqəladə Vəziyyət İdarəsinin əməkdaşları və xilasedicilər iştirak edirlər.

35
Teqlər:
Fövqəladə, Dalğıc Federasiyasının prezidenti Elquca Camrişvili, Abaşistskali, Gürcüstan
Əlaqədar
Jurnalist reportaj zamanı çayda boğulub
Bir yaşlı uşaq çayda boğulub
Biləsuvarda xəstə qadın su kanalında boğulub
2 min 800 miqrant qaçaq yolla Avropaya gedərkən dənizdə boğulub
Защитник сборной Германии Матс Хуммельс забил гол в свои ворота в матче со сборной Франции на ЕВРО-2020.

AVRO-2020: Fransa yığması alman rəqiblər üzərində qələbə qazandı

6
(Yenilənib 01:38 16.06.2021)
Son Avropa çempionatının finalçısı olan fransızlar AVRO-2020-yə çempionatın ən güclü komandalarından biri üzərində qələbə ilə başladı.

AVRO-2020-nin qrup mərhələsində I tura yekun vurulub. Turun son matçı F qrupunda keçirilib.

Almaniyanın Münhen şəhərində baş tutan qarşılaşmada son iki dünya çempionu üz-üzə gəlib. DÇ-2014-ün qalibi Almaniya üç il öncə bu titula yiyələnən Fransa ilə qarşılaşıb.

"Ölüm qrupu"nda yer alan komandaların duelinə Bundestim daha fəal başlayıb. Üstünlüyə yiyələnən Yoahim Lövün yetirmələri topa daha çox nəzarət edib. Lakin sürətli hücumlar quran fransalılar hesabı açıb.

Mats Hummels avtoqol müəllifi olub. Buraxılan qoldan sonra da almaniyalılar daha çox hücum təşkil edib.

Fasilədən sonra da oyunun axarı dəyişməyib. Almaniya millisi Didye Deşamın yetirmələrinin müdafiə səddini yara bilməyib. Son dünya çempionları bir epizodda əks-hücum zamanı fərqlənsə də, VAR-ın qərarı ilə hesaba alınmayıb.

Qeyd edək ki, qrupun digər oyununda son Avropa çempionu Portuqaliya Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

6
İlham Əliyev Haluk Bayraktarla

Şuşada nahar Bayraqdarın təltif edilməsi

524
(Yenilənib 00:18 16.06.2021)
Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim edib.

BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin saytı məlumat yayıb. 

Bu gün həmçinin Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra “Baykar” şirkətinin baş direktoru Lutfi Haluk Bayraktara “Qarabağ” ordenini təqdim edib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Lutfi Haluk Bayraktar bu yüksək mükafata Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə layiq görülüb.

"Az öncə qardaşım İlham Əliyev "Baykar" İdarə Heyətindən Haluk Bayraktarı "Qarabağ" ordeni ilə təltif etdi", - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Bayraktar ailəsi adından Azərbaycan Prezidentinə ayrıca təşəkkür edib.

Qeyd edək ki, "Baykar" şirkətinin Baş direktoru olan Haluk Bayraktar "Baykar" şirkətinin texnik direktoru və qurucusu Səlcuk Bayraktarın qardaşıdır.

Səlcuk Bayraktar isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Ərdoğanın həyat yoldaşıdır.

Prezidentlərin Şuşa səfəri

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi imzalanıb

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Həmçinin oxuyun: 

* Şuşada Ərdoğana Qarabağ atı hədiyyə edildi

* Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

524