BAKI, 8 iyul-Sputnik. Təhsil Nazirliyi şagirdlərin IX sinifdə buraxılış imtahanından "2" qiymət almalarının səbəblərini açıqlayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, son 3 ildə Azərbaycanda 20 mindən çox şagird milli qiymətləndirmədə iştirak edib. Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında "qeyri-kafi" qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir. Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.
Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən "Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə "(TSİİL) çərçivəsində 2013, 2014, 2015-ci illərdə həyata keçirilən milli qiymətləndirmə tədqiqatı ümumi təhsil müəssisələrinin müvafiq sinif şagirdlərinin oxuyub-anlama, Azərbaycan dili və riyaziyyat fənləri üzrə mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyıb.
Milli qiymətləndirmə tədqiqatının keçirilmə prosesində təhsilin keyfiyyətinə təsir edən amillər kimi valideynlərin təhsilinin, məktəbəqədər hazırlığın, dərsdənkənar mütaliənin şagird nailiyyətinə təsiri, regionlar arasında şagird nailiyyətlərinin fərqi, kurrikulumun mənimsənilməsi səviyyəsi və digər məsələlər araşdırılıb.
BAKI, 20 yanvar — Sputnik. "Azərbaycanda başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, ölkədə başlayan vaksinasiya prosesi ilkin mərhələdə tibb işçiləri üzərində aparılır:
"Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb".
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də ölkədə vaksinasiyanın başladığı ilk gün - 18 yanvarda koronavirusa qarşı peyvənd etdirib.
BAKI, 20 yanvar — Sputnik. "1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 31-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini yad edirik".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin açıqlamasında qeyd edilib.
"Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq", - səfirlikdən bildirilib.