Kurtlar Vadisi serialından kadr

"Kurtlar Vadisi"ni "Kanal D"dən qovurlar

518
Serialin reytinqdi ciddi şəkildə düşdüyü üçün, kanal rəhbərliyi onu başqa bir serialla əvəzləməyi düşünür

BAKI, 2 iyul — Sputnik. Uzun illərdən bəri reytinq rekordları qıran "Kurtlar Vadisi" serialının yeni sezonda "Kanal D"də yayımlanacağı sual altına düşüb. Sputnik haberler.com-a istinadən xəbər verir ki, "Kurtlar Vadisi"ni çəkən "Pana Film" ilə "Kanal D" rəhbərliyi yeni mövsüm ilə bağlı ortaq məxrəcə gələ bilmir.

Belə ki, "Kanal D"nin rəhbəri Halit Ergenc filmin əvvəlki illərə nisbətən reytinqinin aşağı düşməsini və daha az gəlir gətirdiyini əsas gətirərək, filmin vaxtını dəyişib çərşənbə gününə keçirməyi təklif edib. Onun yerinə isə, 1918-ci il hadisələrindən bəhs edən "Vətən xaini" adlı yeni serialın yayımlanmasını istəyib.

"Pana Film" isə 13 ildir, eyni gündə, eyni saatda izləyicilərin görüşünə gəldiklərini və bu adəti dəyişmək istəmədiklərini dilə gətirib. Bu səbəbdən hazırda kanalın rəhbərliyi ilə "Pana Film" arasında danışıqların getdiyi deyilir.

Qeyd edək ki, "Kanal D" rəhbərliyi öz fikrindən dönmədiyi halda, "Kurtlar Vadisi"nin başqa kanalla anlaşmalı olacağı ehtimal olunur.

518
Teqlər:
rekord, serial, reytinq, 'Kurtlar Vadisi', 'Kanal D', 'Pana Film'
Əlaqədar
Körpələrə türk seriallarından götürülən adların verilməsi halları çoxalıb
İlham Namiq Kamal: elə bir peşəkar rejissor tanımıram ki, hazırda serialla məşğul olsun
Azərbaycan seriallarının üç əsas problemi
Obamanın ən çox izlədiyi serial
MTRŞ serialın yayımını dayandırdı, telekanalı cərimələdi
Serialların ailələri məhv edən 8 cəhəti
Barak Obamanın qızı serial çəkir
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

3
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Dövlət Xidməti gücləndirilmiş rejiminə keçdi

2
Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq.

 

BAKI, 20 sentyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), eyni zamanda Bakı Beynəlxalq Avtovağzal Kompleksi və respublikanın 56 avtovağzal və avtostansiyası da daxil olmaqla yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Sputnik Azərbaycan-a DANX-dan bildirilib.

Məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa olunsa da, tədris müəssisələrinin fəaliyyətinin pandemiya ilə əlaqədar məhdudlaşdırılması səbəbilə məhdud sayda avtobuslarla xidmət göstərilirdi. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq həm Bakıdan regionlara, həm də regionlardan paytaxta axının çox olacağı nəzərə alınaraq avtobusların sayının artırılması qərara alınıb. Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 72 istiqamət üzrə 643 avtobus çıxır. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq bu rəqəm iki dəfə artırılacaq. Tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncə, Lənkəran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətindən paytaxta axının olacağına ehtimal verərək bu istiqamətdə avtobusların sayında artım daha çox olacaq. Digər istiqamətlərdən paytaxta gələn avtobusların sayı isə axına uyğunlaşdırılacaq. Xüsusilə vurğulayaq ki, ali məktəblərin açılması ilə əlaqədar olaraq daha çox sərnişin axınının paytaxta olacağı güman edilir. Paytaxtdan sonra regionun ikinci ən böyük şəhəri olan Gəncəyə sərnişin axınında sıxlıq müşahidə olunacağı ehtimal edilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, heç bir avtovağzalda sərnişinlərdən COVID-19 pasportu tələb olunmur. Lakin avtobusa daxil olarkən, COVID-19-un ilkin əlamətlərinin yoxlanmasına dair tədbirlər həyata keçriləcək.

Paytaxtdan regionlara və əks istiqamətdə gecə reysləri aktivdir. Gecə reysləri üzrə Qırmızı körpü, Şəki, Gəncə, Zaqatala istiqamətlərinə və əks istiqamətə səfər etmək olar.

Həmçinin oxuyun:

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Ölkənin bütün avtovağzalları gücləndirilmiş rejimə keçir

2