AZAL-ın təyyarəsi

AZAL İstanbul reyslərini bərpa edir

53
Dünən saat 22:30-da həmin hava limanına uçmalı olan təyyarəsi bu gün 13:00-da uçacaq

BAKI, 29 iyun — Sputnik. Dünən İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror hadisəsindəın sonra, bu aeroporta uçuşlar təxirə salınmışdı.

Türkiyədə yaşayan həmyerilimiz Elmin Qurbanovun Sputnik-ə verdiyi məlumata görə, artıq uçuşlar qismən də olsa, bərpa olunub. Ayrıca, AZAL-ın dünən saat 22:30-da həmin hava limanına uçmalı olan təyyarəsi bu gün 13:00-da uçacaq.

53
Teqlər:
Elmin Qurbanov, uçuş, təyyarə, terror, Atatürk Beynəlxalq Hava Limanı, İstanbul
Əlaqədar
Türkiyədəki terror aktının anbaan görüntüləri
İstanbul aeroportunda 3 canlı bomba
İstanbul terrorunda zərərçəkənlər arasında AZAL-ın sərnişini yoxdur
Türkiyəyə uçuşlar təxirə salındı
Terrorçuların tükürpədici planı ortaya çıxdı
Televizora baxan adam, arxiv şəkli

Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib

13
(Yenilənib 19:37 28.09.2020)
Çoxdan işlətmədiyi radiosunu işə salan, internet gələndən kənara atdığı antenanı quraşdıran nə qədər insan var. İllərlə arzuladığı bir qırıq sözü eşitmək arzusu ilə hərə bir yolla məlumat almaq istəyir.

Müharibə asan görünən işləri çətinləşdirir. Bir anda görə biləcəyin hər hansı məsələ bəzən çətin problemə çevrilir. Bir anda narahatlıq yaranır, istəyirsən yaxın bir adamına zəng edəsən, görürsən şəbəkə yüklənib. Hamı sənin kimi zəng etmək istəyir deyə heç yerə siqnal çatmır.

İnsanı bir vahimə bürüyür. Hətta adi telefonla da zəng edə bilməyəndə, düşünürsən, bunun axırı necə olacaq, görəsən. Kimsə tez əlinə bir zənbil alıb qaçır dükana, lazım gəldi, gəlmədi əlinə keçəndən alıb atır zənbilinə. Düşünür, sabah bir çətinlik olsa, evində bir ehtiyatı olar.

Çoxdan kənara atdığı qaz balonu da aktuallaşır, bir də baxırsan, vurub qoltuğuna düz yönlənir qazdoldurma məntəqəsinə. Doldurur, qayıdır evinə, atır bir küncə. Evində xəstəsi olan qaçır aptekə, olan dərmandan bir az artıq alıb yığır. Amma interneti yüklənəndə və ya kəsiləndə lap müdafiəsiz olur müasir insan, nə ödəmə, nə taksi sifariş edə bilir. Elə belə qalır vakuumda. Nə edəsən, hara qaçasan, kimlə danışasan? Bu sualların əlində də aciz qalır.

Komfort şəraitə öyrəşmiş insanın çətin durumda atacağı addımları da qabaqcadan proqnozlaşdırmaq olmur. Elə oradan bura, buradan ora xaotik hərəkət etməklə bir yol axtarır. İnternet olmasa da, hamı bir yolla internetdədir. Hamı xəbər gözləyir, xəbər izləyir. Sosial şəbəkəyə giriş olmasa da, hamı şəbəkədədir. Hər kiçik yeniliyə ya sevinir, ya kədərlənir hər birimiz.

Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib. Çoxdan işlətmədiyi radiosunu işə salan, internet gələndən kənara atdığı antenanı quraşdıran nə qədər insan var. İllərlə arzuladığı bir qırıq sözü eşitmək arzusu ilə hərə bir yolla məlumat almaq istəyir. Sosial mediada müzakirə mövzuları sırasında elə antena axtaranları da görmək olar. Elə hey soruşurlar, bu işə yarayar ya yox?

"Yaralanan yaxud itki var?", "övladlarımız doğma nənə-baba torpağını ziyarət edəcək", "Rəsmi olmayan məlumatları yaymayın", "Allah rəhmət eləsin...", "Füzuli deyirlər, rəsmi məlumat gözləyirik" – şəbəkədə belə postlar hələ çox paylaşılacaq.

Hamı öz aləmində, öz Qarabağındadır bu gün. Kimi döyüş meydanında, kimi də virtual məkanda. İrəli getmək var, geri dönmək yoxdur.

13
Cəbhə bölgəsində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev, arxiv şəkli

MN: Ermənistan Goranboy rayonunu atəşə tutub

39
(Yenilənib 19:33 28.09.2020)
AR Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: "Düşmən Goranboy rayonu ərazisini atəşə tutub".

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Goranboy rayonu ərazisini atəşə tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.

Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

39