Elçin Şıxlı, Ayna-Zerkalo qəzetlərinin baş redaktoru

"Ayna" qayıtdı

245
Elçin Şıxlı: "Yazılar xəbər formatında yox, köşə yazıları üslubunda olacaq. İşlərimizi internet vasitəsilə görəcəyik, ona görə ofisə də ehtiyac duymuruq"

BAKI, 28 iyun — Sputnik. İki il öncə fəaliyyətini dayandırmış "Ayna" qəzeti yenidən qayıdıb, lakin bu dəfə internet formatda. Bu barədə qəzetin baş redaktoru Elçin Şıxlı Sputnik-ə məlumat verib.

"Hazırkı gündə maliyyə və digər səbəblərdən çap versiyasını bərpa etmək imkanımız yoxdur. Hələlik, sayt kimi işlətməyə gücümüz çatır", — baş redaktor bildirib.

Saytın heyətinə gəlincə: "Heyətimiz İbrahim Nəbioğlu, Arif Əliyev, Qulu Məhərrəmli, Rauf Mirqədirov və məndən ibarətdir. Daha sonra kimlər yazmaq istəsə, baxacağıq. Yazılar xəbər formatında yox, köşə yazıları üslubunda olacaq".

E. Şıxlıya görə, ofisə də ehtiyac yoxdur: "İşlərimizi internet vasitəsilə görəcəyik, ona görə ofisə ehtiyac duymuruq".

1990-cı ilin avqustunda yaradılan "Ayna" və "Zerkalo" qəzetləri 2014-cü ilin may ayının əvvəlində dövriliyini azaltmış, rus dilində gündəlik nəşr olunan "Zerkalo" həftədə bir dəfəyə keçmişdi. Azərbaycan dilində çıxan "Ayna" həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmamış, iyunun 1-dən hər iki qəzetin nəşri dayanmışdı.

245
Teqlər:
İbrahim Nəbioğlu, Elçin Şıxlı, baş redaktor, köşə, "Ayna" qəzeti, Arif Əliyev, Qulu Məhərrəmli, sayt, "Zerkalo" qəzeti, portal, Rauf Mirqədirov
Əlaqədar
“Azadlıq” qəzetinin rəhbərinə xəbərdarlıq edilib
Bu qəzet bu gün sonuncu dəfə çıxır
Qəzetlər bu zərbənin altından necə qalxacaq?
Nəşriyyat qiymətləri qaldırdı, bəs qəzetlər?
Azərbaycan qəzetlərindən biri rəsmən ləğv olundu
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar