Yağış

Rayonlarda yenə yağış gözlənilir

2525
Paytaxt və yarımadada isə hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

BAKI, 28 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada cənub küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 29-30-da Abşeron yarımadasında gündüz saatlarında isti diskomfort hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

2525
Teqlər:
temperatur, soyuq, isti, hava, külək, yağış
Əlaqədar
Sabaha olan hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda havanın temperaturu kəskin yüksələcək
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Sabahın hava proqnozu açıqlandı
Paytaxt və bölgələrdə gözlənilən hava şəraiti
Dəyişkən hava şəraiti davam edəcək
Akif Aşırlı, Şərq qəzetinin baş redakoru

Akif Aşırlı: “Mediamız bazar münasibətlərində aktiv iştirakçı olmaqdan kənarda qalıb”

0
“Şərq” qəzetinin baş rektoru Akif Aşırlı deyir ki, bu gün çap mediasının vəziyyəti o qədər də ürəkaçan deyil
Akif Aşırlı: “Azərbaycan mətbuatı inkişaf və tənəzzül yolu keçib”

“Həsən bəy Zərdabiyə rəhmət oxuyuruq ki, 145 il əvvəl “Əkinçi” qəzeti ilə Azərbaycan mətbuatının əsasını qoydu”. Bunu Sputnik Azərbaycan-a “Şərq” qəzetinin baş rektoru Akif Aşırlı deyib.

Baş redaktor bildirib ki, 145 il ərzində Azərbaycan mətbuatı inkişaf və tənəzzül yolu keçib: “Azərbaycan mətbuatı beynəlxalq media sisteminin tərkib hissəsidir. Dünya mediasında baş verən yeniliklər bizim çap mediamızda, eyni zamanda digər media qollarımızda tətbiq olunur və biz bu yeniliklərin iştirakçısına çevrilirik. Bu gün çap mediasının vəziyyəti o qədər də ürəkaçan deyil. Medianın bütün qollarında olan problemin ümumi səbəbi reklam bazarı ilə bağlıdır. Azərbaycan mediası son zamanlar bazar münasibətlərində aktiv iştirakçı olmaqdan kənarda qalıb. Bu gün çap mediasının ən önəmli problemlərindən biri də yayımla bağlıdır. Eyni zamanda kadr hazırlıqlarında da dəyişikliklər edilməsi zəruridir. Hazırkı zamanda da çap mediası ən etibarlı mənbə rolunu oynayır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb. Müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.

Akif Aşırlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0

Daha bir atəş nöqtəsi məhv edildi

14
Tovuz istiqamətində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrini arasında intensiv atışma davam edir.

Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerləyeksan edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

14