İsti hava. Arxiv şəkli

Ölkə ərazisində 37 dərəcəyədək isti gözlənilir

1244
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti o

BAKI, 26 iyun — Sputnik. İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütununda 764 —mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyl əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

1244
Teqlər:
iqlim, temperatur, günəş, külək, yağış, hava, isti
Əlaqədar
Paytaxtda 35 dərəcəyədək isti olacaq
Bayramda hava isti olacaq
Sabah Azərbaycanda havanın temperaturu kəskin yüksələcək
Sabah rayonlarda havanın temperaturu yüksələ bilər
Qeyri-sabit hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Gündəmdə saziş var: Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

0
(Yenilənib 20:31 06.08.2020)
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib

BAKI, 6 avqust — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.

Sputnik Azərbaycan-a XİN-dən daxil olan məlumata görə, C.Bayramov və Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.

Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbuledilməz olduğunu bildirən nazir BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0
Ekronaplan Lun, arxiv şəkli

"Xəzər canavarı"nın dirçəlişi: olmaq, ya da olmamaq

4
(Yenilənib 19:57 06.08.2020)
Ekranoplanlar SSRİ donanması üçün düşmən gəmilərini məhv etməyin vasitəsi kimi yaradılıb. "Lun" ekranoplanının ilk uçuşu 1985-ci ildə baş tutub.

BAKI, 6 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Ağır döyüş ekranoplanları yaxın zamanlarda Rusiyanın Hərbi Dəniz Qüvvələrinə qayıdacaq – ən yeni variantda, qanadlı raketlərlə. Onlar həm doğma sahillər yaxınlığında, həm də planetin ən ucqar regionlarında, istənilən iqlim şəraitində, baza infrastrukturu olmadan fəaliyyət göstərə biləcəklər.

Dünyada yeganə Rusiya istehsalı olan "Lun" raketli ekranoplanı iyulun 31-də Kaspiysk şəhərindən Dərbəndə yola düşüb.

34 il bundan əvvəl Nijni Novqorodda tikilmiş "Lun" ekranoplanı uzun müddət sınaqdan keçirildikdən sonra 1991-ci ildə sınaq istismarı üçün Xəzər Donanmasına təhvil verilib. "Lun" ekranoplanı 903 layihəsi çərçivəsində qalan yeganə ekranoplandır. Amma ekranoplanlar tarixə qovuşmadılar.

Yüksək sürəti (500 km/saat) və aşağı uçuş hündürlüyü (7-10 metr) sayəsində, raket daşıyıcı ekranoplanlar minlərlə kilometr məsafəni radara görünmədən qət edərək gözlənilməz istiqamətlərdən düşmənin hərbi-dəniz bazalarına və ya təyyarə hücum qruplarına yaxınlaşa və zərbə vura bilər.

Yeni ekranoplanlar hərbi dəniz donanmasının döyüş imkanlarını genişləndirməyə imkan verəcək. Bir müddət əvvəl Rusiya Hərbi Dəniz Donanmasının Gəmiqayırma İdarəsinin rəisi, 1-ci ranq kapitanı Vladimir Tryapiçnikov bəyan edib ki, ekranoplanların inkişafı 2050-ci ilədək gəmi tikintisi proqramına daxil ediləcək. Rusiya Müdafiə Nazirliyi yeni ekranoplanların yaradılması üçün taktiki-texniki tapşırıq formalaşdırıb, təcrübə-konstruktor işləri aparılır. İlkin məlumatlara görə, yeni ekranoplan 2022-ci ildə havaya qalxacaq.

Mediada "Xəzər canavarı"nın (Qərbdə bu ekranoplanı böyük ölçülərinə və fantastik zahiri görünüşə görə belə adlandırıblar) dirçəlişi fəal şəkildə müzakirə olunur. Nə ABŞ-ın "National Interest", nə də Çinin "Sohu" nəşri mövzudan yan keçib.

Elmi-texnoloji və istehsalat bazası mövcuddur – Rusiya çoxməqsədli ekronoplanların inkişafında Qərb ölkələrini xeyli qabaqlayıb. Belə ki, "Lun" hələ 29 il əvvəl yaxşı uçurdu və raket atışlarını həyata keçirirdi. 1990-cı illərin sonlarından ABŞ-da layihələndirilən və yükgötürmə qabiliyyəti 1200 ton olan "Boeing Pelican" yük ekranoplanı isə (17 ədəd "Abrams" tankını daşımaq üçün nəzərdə tutulub) hətta prototip şəklində istehsal edilməyib.

Bəs bu gün Rusiya Hərbi Dəniz Donanmasının döyüş ekranoplanlarının dirçəldilməsi perspektivləri necədir?

Xüsusiyyətləri

Çoxməqsədli ekranoplanlar yaxın gələcəkdə yeni yüksək dəqiqlikli qanadlı və hipersəs raketlərin, pilotsuz zərbə təyyarələrinin, elektromaqnit topların, ağır torpedaların yaradılması və tətbiqi üçün əsas ola bilər.

Zərbə ekranoplanları çevik reaksiya vasitəsi kimi Rusiyanın qütbarxası zonasını səmərəli şəkildə patrul edə bilər.

Desant (yük) modifikasiyasında bu aparatlar hərbi qulluqçuları silah və zirehli texnika ilə birlikdə əhəmiyyətli məsafəyə operativ şəkildə çatdırmağa imkan verəcək. Yeni ekranoplanlar düşmən radarları üçün demək olar ki, görünməzdir, səmərəliyi və yükgötürmə qabiliyyətinə görə təyyarə və helikopterlərdən, sürət baxımından isə hava yastıqlı gəmilərdən üstündür. Ekranoplanlar gücünü münaqişə zonasından uzaq məsafədə ("Çayka-2" – 5000 km-ə qədər) göstərə bilir və döyüşdə Rusiyanın imkanlarını artırmağa kömək olur.

"National Interest" nəşrinin məlumatına görə, yeni A-050 "Çayka-2" ekranoplanı "Xəzər canavarı"nın reinkarnasiyasıdır və Arktika da daxil olmaqla, sahilyanı ərazilərdə sərnişinlərin (100 nəfərə qədər) və yüklərin daşınması üçün (Alekseyev adına Nijni Novqorod Mərkəzi Konstruktor Bürosunda) yaradılır. Müxtəlif yükgötürmə qabiliyyətinə malik "qanadlı gəmilərin" bütöv bir seriyası yaradılır. Onlar 2022-ci ildən gec olmayaraq səmaya qalxacaqlar.

Bir müddət əvvəl isə Çin öz ordusu üçün bir neçə "Çayka" ekranoplanının alınması ilə bağlı danışıqlara başlayıb.

Aerodroma ehtiyacı olmayan aviasiya kimi ekranoplanlar dinc dövrdə də faydalıdır. Belə ki, Rusiyanın "Ekolen" təşkilatı "Xəzər canavarı"nın mülki analoqunu yaradır. Bu ekranoplan təyyarə sürəti ilə uça bilir və 750 tona qədər yükgötürmə qabiliyyətinə malikdir. Ekranoplan dəniz və çaylarda, tundrada və səhrada istismar üçün uyğundur. Ekranoplanın qalxması və oturması üçün yalnız kifayət qədər ölçüləri olan su akvatoriyası və ya düz səthli torpaq sahəsi lazımdır.

İşləmə prinsipi

Ekranoplan işləmə prinsipi belədir: çox aşağı hündürlükdə uçuş zamanı hava axını qanadın altında sıx "hava yastığı" yaradır. Aparat dəniz, buz və qarla örtülmüş ərazi və ya çöl üzərində qalxaraq 500 km/saata qədər sürətlə uçur. "Çayka-2" 10 tona qədər ağırlığı qaldırır.

Alekseyev adına Nijni Novqorod Konstruktor Bürosu həmçinin ekranoplanın ağır versiyasının – 100 tonluq uçuş kütləsi olan A-080 "Çayka-3" üzərində işləyir. Perspektivli maşın Rusiya istehsalı olan müasir avionika və naviqasiya-pilotaj kompleksinə malik olacaq. O, beş dərəcə maili olan sahilə çıxa, suda və aerodromda otura biləcək.

Hətta köhnə "Lun" ekranoplanı texnoloji cəhətdən böyük təəssürat yaradır. O, 450 km/s sürətlə 3 metrdən 500 metrə qədər yüksəklikdə 2000 km-dən çox məsafəni qət edə bilir. Ölçülərinə baxmayaraq bu ekranoplan nəqliyyat təyyarəsindən beş dəfə az yanacaq sərf edir.

"Lun" yalnız görünüşü ilə özünə hörmət yaradır. Onun korpusunun ön hissəsində, pilonda 8 mühərrik yerləşir. Onların ucluqları ekran effektini artırmaq üçün bucaq altında suya istiqamətlənib. Ekranoplanın füzelyajında üç cüt gəmi əleyhinə ZM-80 "Moskit" raketi quraşdırılıb. "Lun"un uzunluğu təxminən 74 metrdir. 44 metr uzunluğu və 550 kvadrat metr sahəsi olan qanadları 380 ton maksimum uçuş kütləsi olan cihazın kosmik görünüşünü tamamlayır.

Döyüş təyinatına gəlincə, onun üç ədəd "Moskit" raketi (yaylım atəşi ilə maksimal sürəti 2,8 Maxdır) bir aviadaşıyıcını məhv etmək üçün kifayətdir.

Ekranoplanlar SSRİ donanması üçün düşmən gəmilərini məhv etməyin vasitəsi kimi yaradılıb. "Lun"un ilk uçuşu 1985-ci ildə baş tutub. Böyük yükgötürmə, quru və buz üzərində uçmaq (həmçinin böyük yüksəkliklərdə uçmaq) qabiliyyəti ilə birlikdə yüksək sürəti və çevikliyi onun inanılmaz imkanlarını təmin edir.

"Lun" və "Orlenok" ekranoplanları raketlərin və desant qüvvələrinin çatdırılması üçün uyğunlaşdırılıb. "Orlenok" desant ekranoplanı kiçik ölçülü olub qoşunların və texnikanın sürətli daşınması üçün nəzərdə tutulub. SSRİ-nin dağılmasından sonra bu aparatların istehsalı dayandırılıb (həmin vaxta qədər 903 layihəsinin ikinci "Lun"u 95 faiz hazır idi) və döyüş qabiliyyətli "aviadaşıyıcı qatili" Xəzər sahilində yan aldı.

4