Bu gün Avropa İttifaqının taleyi həll olunacaq

© AFP 2023 / EMMANUEL DUNANDBöyük Britaniya və Avropa İttifaqının bayraqları
Böyük Britaniya və Avropa İttifaqının bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq seçimə gedərək "Böyük Britaniya Avropa İttifaqının üzvü olaraq qalmalı, yoxsa Aİ-dən ayrılmalı?" (Brexit) sualına cavab verəcək

BAKI, 23 iyun — Sputnik. Bu gün Böyük Britaniyada referendum keçiriləcək. Sputnik xəbər verir ki, təxminən 70 milyon adamın yaşadığı Böyük Britaniyada (BB) xalq seçimə gedərək "Böyük Britaniya Avropa İttifaqının üzvü olaraq qalmalı, yoxsa Aİ-dən ayrılmalı?" (Brexit) sualına cavab verəcək.

Ölkədə, təxminən 40 milyon qeydiyyatda olan seçici var. Referendum yerli saatla 07.00-22.00 arasında keçiriləcək.

Son anketlərdə seçicilərin 50 faizi "qalaq", 50 faizi isə "ayrılaq" deyib. Referendum nəticəsinin BB qədər Aİ-nin gələcəyinə də təsir etməsi gözlənilir.

Xəbər lenti
0