Bakıda qeyri-sabit hava

İqlim dəyişikliyi: bizi gözləyir?

52
Milli Ekoloji Proqnozlar Mərkəzinin sədri Telman Zeynalov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi ölkədə hökm sürən anomal hava şəraiti ilə bağlı açıqlama verəcəklər

BAKI, 21 iyun — Sputnik. İyunun 22-si saat 12.00-da "İqlim dəyişikliyi: bizi nə gözləyir" mövzusunda mətbuat konfransı keçiriləcək. İndi Aəzrbaycanda ilin bu mövsümünə uyğun olmayan hava şəraiti hökm sürür. Regionlarda yağışlar ara vermir, sellər əmələ gəlir. Odur ki, bu fonda qlobal iqlim dəyişikliyi yenidən mütəxəssislərin müzakirəsində prioritetə çevrilir.

Yaranan şəraitlə bağlı jurnalistlərlə öz fikirləri ilə Milli Ekoloji Proqnozlar Mərkəzinin sədri Telman Zeynalov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi bölüşəcək. Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, ev 23M, 4-cü mərtəbədə yerləşən Sputnik Azərbaycan multimedia mərkəzində keçiriləcək.

Əlaqə üçn

Tel: (012) 404-13-84/85

E-mail: i.velizade@rian.ru

52
Teqlər:
dolu, şimşək, külək, hava, yağış
Əlaqədar
Azərbaycanda payız havası nə vaxtadək davam edəcək?!
Sabaha leysan yağışlar və dolu gözlənilir
Bakı və rayonlarda güclü yağış gözlənilir
Yenə yağış, dolu, şimşək...
İntensiv yağışlar gəlir, rayonlara dolu düşəcək
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

113
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

113
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş
Tibb işçidi dərman göstərir, arxiv şəkli

Vəssalam! Koronavirusun dərmanına patent aldılar

301
(Yenilənib 23:40 06.08.2020)
Dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər

BAKI, 6 avqust — Sputnik. Rusiya Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusu dəf etməyə və ya fəsadlarını aradan qaldırmağa kömək edən dərmana patent alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, dərmanın adı “Leytragin”dir (Лейтрагин).

"Rusiya FTBA COVID-19-a qarşı preparatı patentləşdirdi. Bu praktik tibbə daxil olan, delta-opioid reseptorlarının dünyada ilk və hələlik yeganə aqonistidir", - agentliyin məlumatında deyilir. 

FTBA-nın biotibbi texnologiyalar elmi mərkəzinin alimləri müəyyən ediblər ki, ilkin adı "dalargin" olan dərman toxumaların sağalması və regenerasiyası proseslərində aktiv iştirak edir. Bundan başqa, bu sinfə daxil olan maddə immun cavabının təşkilində də aktiv rol oynayaraq koronavirus infeksiyası olan xəstədə ağır respirator və ümumi sistem pozulmalarına gətirib çıxaran "sitokin hücumunun" - iltihab yaradan maddələrin təsiri azalda, yaxud da onu dəf edə bilir. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər. Məsələn, avqustun 2-də Rusiyanın “Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırdığını bəyan edib. Mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, ilin sonuna, gələn ilin əvvəlinə, ən azı, risk qrupundan olunanların vaksinasiya olunmasından, sonra isə kütləvi peyvənddən danışmaq olar.
Avqustun 1-də Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, rusiyalılar üçün koronavirus əleyhinə vaksin pulsuz olacaq.

301
Teqlər:
Rusiya, dərman, dünya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır
Dövlət hesabına dərman alan xəstələr saatlarla xəstəxana qarşısında gözləyirlər - Deputat
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Koronavirusla mübarizədə yeni preparat tapıldı – 90 faiz effektivlik göstərib
Ev şəraitində müalicə alanlar, tövsiyəyə əməl edin