Dolu. Arxıv şəkli

Bu rayonlara dolu yağacaq

23
(Yenilənib 16:22 20.06.2016)
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

BAKI, 20 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

23
Teqlər:
şimşək, külək, dolu, yağış, hava
Əlaqədar
Dolu yenə rayonlara aman verməyəcək
Sabah bəzi yerlərə dolu düşəcək
Yenə yağış, dolu, şimşək...
Sabah dolu düşəcək
Bakıda yağış, rayonlarda dolu gözlənilir
İntensiv yağışlar gəlir, rayonlara dolu düşəcək
Deyzi Koulmen, arxiv şəkli

"Netflix"in ulduzu intihar etdi

4
Ana: "Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

BAKI, 7 avqust — Sputnik. 23 yaşlı məşhur amerikalı aktrisa və model Deyzi Koulmen intihar edib. Bu barədə ulduzun anası Melinda öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, qızı ötən gün axşam həyatına son qoyub. Anası bildirib ki, qızı Deyzi 14 yaşındakı təcavüz sarsıntısından hələ də özünə gələ bilmirmiş. O deyib ki, Deyzi Koulmen və rəfiqəsi məktəbdə ikən seksual zorakılığa məruz qalıblar. Hadisədən sonra sosial şəbəkədə ona qarşı qarayaxmalar, ailəsinə qarşı isə təhdidlər yazılmağa başlayıb. Üstəlik, onları təhqir edənlər cəzadan yayına biliblər. Ulduzun anası əlavə edib ki, "Netflix" ulduzu baş verənlərdən heç vaxt qurtula bilməyib: "O, mənim ən yaxşı dostum və gözəl qızım idi. Düşünürəm ki, mənə onsuz yaşaya biləcəyimi göstərmək istədi. Amma mən bacarmıram. Bütün ağrısını götürmək istərdim".

Qeyd edək ki, Koulmen məktəbdə oxuyarkən rəfiqəsi ilə birgə dostlarını ziyarət etdiyi zaman cinsi istismara məruz qalmışdılar. Təcavüzkar keçmiş ABŞ senatoru Metyu Barnettin nəvəsi olub və baş verən hər şey lentə alınıb. O vaxt Koulmen 14 yaşında idi. Bundan sonra Barnett qızı evinə aparıb və eyvanda buraxıb. Deyzinin anasının dediyinə görə, gecə demək olar ki, havanın temperaturu sıfıra bərabər olub. Səhər qızını eyvanda tapanda onun saçları soyuqdan yerə yapışıb. Eyni zamanda bu işi görən yeniyetmələr cəzadan qaçıblar, ittihamlar aradan götürülüb.

Tükürpədici hadisədən sonra, Deyzi Koulmeni sosial şəbəkələrdə təhqir etməyə başlayıblar və ailəsinə təhdidlər gəlib. Deyzinin anası işdən qovulub və müəmmalı şəraitdə evləri yanıb.

2016-cı ildə sözügedən hadisədən bəhs edən "Odri və Deyzi" adlı sənədli film, ABŞ-ın transmilli şirkəti olan "Netflix"-də yayımlanıb.

Bundan sonra Koulmen "Demokratiya indidir" və "Texas - ölüm tələsi" seriallarında çəkilib. O, həm də model və döymə sənətçisi kimi çalışıb.

4
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayı 129-a düşüb

127
(Yenilənib 16:48 07.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

BAKI, 7 avqust - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, 3 197 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 872, ötən müddət ərzində isə ümumilikdə 773 051 test aparılıb.

127