Yağışlı havada oynayan uşaqlar

Sabaha leysan yağışlar dolu gözlənilir

3466
Bakıda 34 dərəcə isti olacaq.

BAKI, 19 iyun-Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacaq.

Şimşək çaxacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 — faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

İyunun 20-də Azərbaycanın rayonlarında günün yağmursuz keçəcəyi, gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

3466
Teqlər:
dolu, yağış yağacaq, leysan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Əlaqədar
Formula 1-in ikinci günündə ölkəmizdə hava pis olacaq
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Sabahın hava proqnozu açıqlandı
Dəyişkən hava şəraiti davam edəcək
Sabah hava küləkli və yağışlı olacaq
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

1
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

1
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

3
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

3