Milli Məclisin yeni deputatının adı açıqlandı

5475
Ümid Partiyasının sədri İqbal Ağazadə yenə ofsaydda qaldı.

BAKI, 19 iyun-Sputnik. Dünən 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb.

Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə lider namizədin 85,56 faiz səslə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov olduğunu bildirib.

M.Pənahovun sözlərinə görə, sözügedən dairə üzrə bütün seçki məntəqələri hesabat verib. 40 məntəqənin hesabatlarına görə, Ümid Partiyasının namizədi İqbal Ağazadə 7,84 faiz səs toplayaraq ikinci yerdə qərarlaşıb.

Seçkidə 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparıb.

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə seçici fəallığı 57,9 faiz olub, qeydiyyatda olan 40203 seçicidən 23292 seçici səs verib.

Qeyd edək ki, İqbal Ağazadə 2015-ci ilin 1 noyabrında Milli Məclisə keçirilən seçkilərdə namizədliyini 35 saylı Xətai 3-cü seçki dairəsindən irəli sürsə də, həmin dairədən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə seçilmişdi.

5475
Teqlər:
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, MSK, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, parlament seçkiləri, Milli Məclis, 90 saylı Ağdaş seçki dairəsi, CAvid Osmanov, Ümid partiyasınını sədri İqbal Ağazadə
Əlaqədar
Bu gün Ağdaşda Milli Məclisə seçkilər keçirilir
İyunun 18-də Azərbaycanda Milli Məclisə seçkilər olacaq
Seçkilər düzgün və ədalətli keçirildi
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

29
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

29
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

42
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

42