Quduz it. Arxiv şəkli

Şəkinin kəndlərində itlər əhaliyə hücum edir

200
Şəkidə həyəcan təbili: quduzluq xəstəliyi yayıla bilər.

BAKI, 17 iyun — Sputnik. Şəki sakinləri rayon ərazisində yayılan sahibsiz itlər arasında quduzluq xəstəliyinin dolaşdığı barədə Sputnik-ə məlumat veriblər.

Son vaxtlar rayonda quduzluğa tutulmuş itlərin sayının artdığını bildirən Şəki sakini Abdulla Məhəmmədov əməkdaşımıza deyib ki, bununla bağlı müvafiq instansiyalar heç bir iş görmürlər.

"Gözlənilməyən halda kəndlərdə itlər adamlara hücum edir. Dəfələrlə belə hallar olub. Qorxudan uşaqları təkbaşına çölə-bayıra buraxmırıq ki, it qapar. Gəlib bu itlərə bir əncam çəkməsələr, quduzluq yayılacaq." — deyə rayon sakini bildirib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından isə Sputnik-ə bildiriblər ki, son vaxtlar it dişləmə diaqnozu ilə müraciət edənlərin sayı artıb. İyunun 16-sında da saat 20:30 radələrində rayonun Baltalı kənd sakini, 2006-cı il təvəllüdlü Yusif Asif oğlu Adıgözəlli it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 10 yaşlı Yusif Adıgözəllinin sağ ayağının pəncə və baldır nahiyəsindən it dişləyib. Xəstəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Analoji halların tez-tez təkrarlandığını bildirən həkimlər də qeyd ediblər ki, insanların həyatına təhlükəli yaradan həmin heyvanların zərərsizləşdirilməsi üçün heç bir təbir görülmür.

200
Teqlər:
Baltalı, Şəki, quduz it, Şəki Rayon Mərkəzi Xəstəxanası
Əlaqədar
İki ay qabaq it dişləyən qadın quduzluğa yoluxub
Sahibsiz it 23 yaşlı oğlanı xəstəxanalıq etdi
"İt bazarı"nda işbazlıq: Bakıda yerli itləri necə xarici cins kimi satırlar?!
İt atılmış körpəni əmizdirərək ölməyə qoymadı