"Borjomi"yə yağış suyu qatıldı

© Photo : mapio.netGürcüstanın Borjomi şəhəri
Gürcüstanın Borjomi şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Güclü dolu yağışı Borjominin yaxınlığında yerləşən kəndlərə də ziyan vurub.

BAKI, 16 iyun-Sputnik. Gürcüstanın Borjomi şəhərində bu gecə müşahidə olunan güclü dolu və leysan nəticəsində küçə və binaları su basıb, kənd təsərrüfatına zərər dəyib.

Sputnik-in məlumatına görə, bəndlər və kanallar böyük su axınının qarşısını ala bilməyib, nəticədə mərkəzi küçələr, binalar və yaşayış evlərin birinci mərtəbələri su altında qalıb, ağaclar aşıb və avtomobillərə ziyan dəyib.

Güclü dolu yağışı Borjominin yaxınlığında yerləşən kəndlərə də ziyan vurub.

Qori rayonunda meyvə bağları və məhsul tamamilə məhv olub.

Xəbər lenti
0