Reket jurnalist. Arxiv şəkli

İşbaz QHT-çilər reket jurnalistlər Prezident Aparatının diqqətindədir

52
(Yenilənib 15:04 16.06.2016)
Əli Həsənov Milli Məclisdə reketlə məşğul olan QHT-lərdən və jurnalistlərdən danışdı.

BAKI, 16 iyun-Sputnik. Bu gün Milli Məclisdə keçirilən "18 iyun — Azərbaycan Respublikasında İnsan hüquqları günü" ilə əlaqədar dinləmələrdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov işbazlıqla və reketlə məşğul olan QHT sədrləri və jurnalistlərdən danışıb. 

"Təsəvvür edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, mən buranı bağlayıram, çünki buranı yoxlayacam. İddia etmirəm ki, Azərbaycanda bu sahə ilə məşğul olan təşkilat və qurumlar bu vəziyyətdədir. Bilirik ki, belələri də var. O rakursdan baxanda istehsalçıların da hüquqlarının müdafiəsinə ehtiyac var." — deyə Əli Həsənov bildirib.

O, xatırladıb ki, bu yaxınlarda Azərbaycan Prezidenti sahibkarlıq subyektlərində 2 illik yoxlamaların aparılmasını qadağan edib. Bundan istifadə edən işbazlar hərə bir QHT adı ilə müəssisələrə gedib yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların hüquqlarının müdafiəsinə qədər yoxlamalar aparmağa cəhd edirlər.

"Bu yaxınlarda nazirlərdən biri açıq-aşkar zəng edib deyir ki, filan qəzet məni təhdid edir. Açıq formada böhtan yazır. Deyirəm ki, məhkəməyə müraciət edin. O da qeyd edir ki, işimi buraxıb məhkəməyə gedim? Həmin "reket" jurnalistin üzərində 15 məhkəmə qərarı var. Bu anlamda insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Biz icra orqanları maksimum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış vətəndaşlardan gələn fikirləri ümumiləşdirib cəmiyyətin dolğun idarəçilik ilə bağlı məsələləri həll edək." — deyə prezidentin köməkçisi bildirib. 

Ə.Həsənov qeyd edib ki, məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşları məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməlidir: "KİV-lərin öz hüquqları var. Biz hər şeyi görmürük, lakin görməyə çalışırıq. Müvafiq olaraq dövlət strukturları və cəmiyyətdə daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk. Cəmiyyətin ümumiləşmiş ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır".

52
Teqlər:
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası, KİV, Milli Məclis, Əli Həsənov, Azərbaycan
Əlaqədar
"Bəzi KİV-lər barəsində tədbir görülməlidir"
SOCAR bəzi KİV-ləri borclu çıxardı
Rəşad Məcid: Azərbaycanda reket mətbuatı dəstəkləyən məmurlar var
“Qara siyahı” – bu dəfə “reket” qəzetlər yox, verilişlər üçün...
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

6
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

6
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Hulusi Akar son 5 ayda zərərsizləşdirdikləri terrorçuların sayını açıqlayıb

6
(Yenilənib 23:28 08.05.2021)
Türkiyənin müdafiə naziri ayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

 

BAKI, 8 may — Sputnik. Yanvarın birindən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı 988 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin müdafiə naziri mayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

6