Peterburq İqtisadi Forumunun açılışına hazırlıq

Sputnik agentliyi radiosu beynəlxalq iqtisadi forumun informasiya tərəfdaşı oldu

127
(Yenilənib 12:44 16.06.2016)
Sputnik informasiya agentliyi və radiosu 2016-cü ilin 16-18 iyun tarixlərində keçiriləcək XX Peterburq beynəlxalq iqtisadi forumun beynəlxalq informasiya tərəfdaşı olacaq.

BAKI, 16 iyun-Sputnik. Sputnik informasiya agentliyi və radiosu 2016-cü ilin 16-18 iyun tarixlərində keçiriləcək XX Peterburq beynəlxalq iqtisadi forumun beynəlxalq informasiya tərəfdaşı olacaq. Forum keçirildiyi bütün dövr ərzində Sputnik-in stendində radiostudiya işləyəcək və orada siyasətçilər, ekspertlər, şirkət rəhbərləri forumun ən aktual məsələlərini müzakirə edəcəklər. Tədbirdən ən son xəbər və yeniliklər gündəlik 24 saat ərzində Sputnik-in 30 dildə fəaliyyət göstərən portallarında təqdim ediləcək.

Sputnik həmçinin möhtəşəm Fight Nights idman hadisəsinin informasiya tərəfdaşıdır. 17 iyun tarixində Fight Nights çərçivəsində qarışıq döyüş üslubu ustası məşhur rusiyalı doyüşçü Fyodor Yemelyanenko ilə braziliyalı ağır çəkili idmançı Fabio Maldonadonun görüşü keçiriləcək. Sputnik-in bütün resurslarında döyüşdən xəbərlər və fotolar, iştirakçıların müsahibələri təqdim ediləcək.

Peterburq beynəlxalq iqtisadi forumu son on ildə işgüzar dairələrin Rusiya, inkişaf etməkdə olan ölkələr və ümumdünya qarşısında duran ən vacib iqtisadi məsələlərin müzakirəsi üçün aparıcı məkana çevrilib. Foruma Rusiyadan və dünyadan aralarında dövlət və hökümət başçıları, aparıcı şirkətlərin rəhbərləri, dünyaca məşhur ekspertlər olmaqla 10 mindən artıq insan gəlir.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

127
Teqlər:
XX Peterburq beynəlxalq iqtisadi forumu, beynəlxalq iqtisadi forumu, analoq, Fyodor Yemelyanenko, Fight Nights, Rusiya, forum, rəqəmsal, Sputnik informasiya agentliyi, Peterburq, Rusiya
Əlaqədar
Vladimir Putin Sputnik-ə təşəkkür etdi
Sputnik Azərbaycan qiraət layihəsini başa çatdırır
Məşhur meyxanaçı qardaşlardan Sputnik-ə unikal təbrik
"Sputnik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə verir"
Sputnik sülhə səsləyir
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar