Elvin Hüseynli

Tərtərdə hərbi sursat partladı, 8 yaşlı uşaq ölümdən döndü

31
(Yenilənib 10:46 16.06.2016)
Elvin Hüseynli hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

BAKI, 16 iyun-Sputnik. Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Əslən Laçın rayonundan olan məcburi köçkün, Əskipara kənd sakini 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantılara od vurub. Daha sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb. Yanıq xəsarəti alan azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildiriblər ki, E.Hüseynli üz nahiyəsi və iki ayaqlarında yanıq xəsarəti ilə xəstəxanaya daxil olub. O, ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir. Onun yaralanmasına səbəb olan hərbi sursatın adı məlum deyil.

31
Teqlər:
Əskipara, Laçın, hərbi sursatın partlaması, Elvin Hüseynli, Tərtər
Əlaqədar
Türkiyədə törədilən partlayış nəticəsində 4 nəfər ölüb
Türkiyədə partlayış nəticəsində 1 polis şəhid olub, 13 nəfər yaralanıb
Zaqatalada polis kapitanı partlayış nəticəsində yaralanıb
Kişinyovda partlayış nəticəsində 20 nəfər yaralanıb
Zavodda partlayış : Ölən var
Gəncədə vəziyyət

Gəncədə öldürülən 26 nəfərdən 10-u qadın, 6-sı uşaqdır - Baş Prokurorluq

0
(Yenilənib 15:46 26.10.2020)
Hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır. Yaralanan 297 nəfərdən 69-u qadın, 32-si uşaqdır

BAKI, 26 oktyabr — Sputnik. 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olub. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Rəsmi məlumata görə, hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır. Yaralanan 297 nəfərdən 69-u qadın, 32-si uşaqdır.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Prezidentin köməkçisi: "Məsuliyyət Ermənistanın üzərinə düşür"
Tural Gəncəliyev erməni icmasına müraciət etdi
Kanadada Gəncədəki terror aktları ilə bağlı yürüş keçirilib
Həlak olan Rusiya vətəndaşı Gəncədə dəfn ediləcək
COVID-19 hospitalı, arxiv şəkli

Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

5
(Yenilənib 15:43 26.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43 milyonu keçib, 1,15 mindən çox adam isə virus səbəbilə ölüb

BAKI, 26 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 17347 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 219 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1531224-ə çatıb. Rusiyada pandemiya yayılandan 26269 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 7574-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43 milyonu keçib, 1,15 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”
Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?
Koronavirus daha tez öldürməyə başlayıb