CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mən o obyekti 6 milyondan baha satmaq istəyirdim"

© bizimyol.infoBakı Ağır cinayətlər məhkəməsi
Bakı Ağır cinayətlər məhkəməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKI, 14 iyun-Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sputnik-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən iclasda zərərçəkmiş Zabil Salmanov ifadə verərək deyib ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti yoxdur və maddi olaraq nəsə tələb etmir:

"Mənə dəyən maddi ziyanı ödəyiblər. Onların azadlığa buraxılmasını istəyirəm. Mən həmin yeri satmaq istəmirdim. Təzyiq etdikləri üçün təklifləri ilə razılaşmalı oldum. Çünki obyekti 6 milyondan baha satmaq istəyirdim. Onlar isə dedilər ki, oranın alınmasına 4 milyon 700 min pul ayrılıb".

Z.Salmanov deyib ki, R.Məmmədovu obyekt üçün danışıqlar başladıqdan bir neçə ay sonra tanıyıb.

Məhkəmə prosesi iyunun 17-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər. Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti
0