Taxıl zəmisi. Arxiv şəkli

Bu məhsulların Azərbaycana idxalı qanunla qadağan edildi

197
(Yenilənib 19:49 14.06.2016)
Milli Məclis genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsinə qadağa qoydu.

BAKI, 14 iyun-Sputnik. Milli Məclisin növbədənkənar iclasında "Taxıl haqqında" Qanunda dəyişikliklərə baxılıb.

Sputnik xəbər verir ki, layihə barədə danışan millət vəkili Eldar İbrahimov Qanuna 6.8-ci və 11.5-ci maddələrin əlavə edildiyini söyləyib.

6.8-ci maddədə deyilir ki, taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Digər əlavəyə görə, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.

Dəyişiklik səs çoxluğu ilə qəbul edilib.

197
Teqlər:
gen mühəndisliyi, biotexnoloji, Eldar İbrahimov, "Taxıl haqqında" Qanun, genetik modifikasiya olunmuş bitkilər, taxıl, Azərbaycan Respublikası, Milli Məclis
Əlaqədar
Geni dəyişdirilmiş məhsulları Azərbaycana gətirənlər cəzalandırılacaq
Dünyada taxıl ehtiyatları artıb
Azərbaycan Özbəkistandan taxıl ixrac edəcək