Hərbi helikopter

Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb

15

BAKI, 13 iyun-Sputnik. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus hərbi vertolyot bazar ertəsi Yəmənin Ədən əyalətində qəzaya uğrayıb, heyət üzvlərinin aqibəti məlum deyil.

Sputnik Report-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, vertolyot Əl-Breyka sahillərində yerə düşüb.

Ərəb koalisiyası komandanlığı hələ ki, bu məlumata münasibət bildirməyib.

15
Bakı küçələrində dezinfeksiya işləri, arxiv şəkli

Paytaxt bir daha dezinfeksiya edildi

0
BŞİH-dən qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq.

BAKI, 24 oktyabr — Sputnik. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 15-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin iki gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq. Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyadan qorumaqdır: "Bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir. Arzumuz budur ki, bu cür tədbirləri işğaldan azad edilən şəhərlərimizdə, o cümlədən Şuşa və Xankəndidə aparaq".

0
Ermənistan ordusuna məxsus PUA

Ermənistan ordusunun zərbə PUA-sı zərərsizləşdirilib

16
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus növbəti dronun məhv edilməsi barədə məlumat yayıb.

BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

  • Ermənistan ordusuna məxsus PUA
    © AR Ministry of Defence
  • Ermənistan ordusuna məxsus PUA
    © AR Ministry of Defence
  • Ermənistan ordusuna məxsus PUA
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Ermənistan ordusuna məxsus PUA

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə