CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxlanılan şəxs polis idarəsində intihar etdi

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Xəqani Məmmədov siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğrayıb.

BAKI, 13 iyun-Sputnik. Bakıda polis idarəsində Azərbaycan vətəndaşı intihara cəhd edib.

Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb. Orada saxlanılan Xəqani Məmmədov siqaret filtrini əridərək düzəltdiyi kəsici alətlə boyun, ayaq və əllərini doğrayıb.

Dərhal xəstəxanaya yerləşdirilən X. Məmmədovun qan itkisinin qarşısı alınıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0