Ombudsman Elmira Süleymanova Daşkəsən rayonunda olub

Daşkəsəndə insan hüquqları müzakirəyə çıxarıldı

33
Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmağı qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb

BAKI, 9 iyun — Sputnik. Daşkəsəndə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda tədbir keçirildi.

Bu gün Daşkəsən rayonunda "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Ombudsman Elmira Süleymanovanın iştirakı ilə tədbir keçirilib.

Sputnik-in bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, ərazi icra nümayəndəliklərinin, məhkəmə, polis, prokurorluq orqanlarının, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonda aparılan abadlıq-quruculuq işləri barədə tədbir iştirakçıalarını məlumatlandırdı. Çıxışının sonunda tədbir iştirakçılarını əmin etdi ki, bundan sonra da rayonun ərazisində bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün lazımı tədbirlər görüləcək.

Tədbirdə İnsan hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova çıxış edib. O Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmağı qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Tədbirdən sonra İnsan hüquqları üzrə müvəkkil Ombudsman Elmira xanım Süleymanova rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgərlərə yaradılmış şəraitlə maraqlanıb, həmçinin rayon Polis şöbəsində olub.

33
Teqlər:
Əhəd Abıyev, Elmira Süleymanova, azadlıqlar, insan hüquqları, Daşkəsən
Əlaqədar
BMT: İnternetdə anonimlik və şifrələmə insan hüquqlarının əsasıdır
İstehlakçı hüquqlarının müdafiəsi gününə həsr olunmuş mətbuat konfransı
Jurnalist hüquqlarını pozanlar yüksək məbləğdə cərimə ödəyəcəklər
Tanınmış hüquq müdafiəçisi dünyasını dəyişib
Hüquq müdafiəçisi MTN-də saxlanılan jurnalistlə görüşüb