CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və rayonlarda güclü yağış gözlənilir

CC0 / tookapic / rainPəncərə şüşəsindəki yağış damcıları. Arxiv şəkli
Pəncərə şüşəsindəki yağış damcıları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yağış yağacaq, şimşək çaxacaq, hava gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

BAKI, 9 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 10-da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda qeyri-sabit hava - Sputnik Azərbaycan
Qeyri-sabit hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 10-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbərdarlıq:

Qeyri-sabit hava şəraitinin iyunun 13-dək davam edəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər lenti
0