Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Fransa Rusiyaya qarşı sanksiyaları yumşaltmaq qərarına gəlib

© Photo : PixabayParis, France
Paris, France - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa parlamentinin yuxarı palatası Rusiyaya qarşı sanksiyaların tədricən yumşaldılmasına dair qətnamə qəbul edib.

BAKI, 8 iyun-Sputnik. Fransa parlamentinin yuxarı palatası Rusiyaya qarşı sanksiyaların tədricən yumşaldılmasına dair qətnamə qəbul edib.

Sputnik-in məlumatına görə, sənədin lehinə 302, əleyhinə isə 16 senator səs verib. Bu barədə layihənin müəlliflərindən biri, mərkəzçi "Demokratlar və müstəqillər İttifaqı"ndan olan senator İv Potsso di Borqo parlament jurnalistlərinə bildirib.

"İlk dəfə olaraq parlament milli səviyyədə sanksiyalar məsələsinə münasibət bildirib və sanksiyaya yenidən baxılmasına, onun yumşaldılmasına və onun addım-addım ləğv edilməsinə baxmağa çağırış edib." — deyə senator bildirib. 

O qeyd edib ki, səsvermə tövsiyə xarakteri daşıyır və bu prosesdə əsas təşəbbüs icra hakimiyyətinin — hökumətin və prezident Fransua Ollandın üzərinə düşür.

"Onlar düşünməlidirlər ki, iyunun sonunda Brüsseldə Avropa İttifaqının baxacağı bu sanksiyaları uzatmağa dəyərmi" — deyə di Borqo bildirib.

O deyib ki, Aİ-nin növbəti sammitinin iştirakçılarının sanksiyalarla bağlı öz fikirlərini dəyişməsinə bu qətnamənin nə dərəcədə təsir göstərəcəyini bilmir. Amma bu, Aİ ölkələrini sanksiyalar barədə növbəti dəfə düşünməyə vadar edəcək.

Senator bu qətnamənin yuxarı palatadakı bütün siyasi qruplar tərəfindən dəstəklənməsinə də diqqət çəkib.

"Bu çox nadir hallarda baş verir və çox vacibdir. Nəticə çox mühümdür" — deyə senator əlavə edib. 

Xəbər lenti
0