Milli Məclis

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının vaxtı bəlli oldu

11
Xüsusi sessiyanın plenar iclasının gündəliyi də məlum olub, gündəlikdə 28 məsələ var

BAKI, 8 iyun — Sputnik. Milli Məclisin (MM) növbədənkənar xüsusi sessiyası iyunun 14-də keçiriləcək. Həmin plenar iclasın gündəliyi də məlum olub. MM-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, gündəlikdə 28 məsələ var.

Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Elm haqqında" qanun layihələri, "Hərbi xidmət və hərbi vəzifə haqqında" qanuna magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutan dəyişiklik, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər gündəliyə daxil edilib.

11
Teqlər:
sessiya, gündəlik, qanun, parlament, MM, Milli Məclis
Əlaqədar
Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin adları məlum oldu
Milli Məclisin nümayəndə heyəti Rusiyaya gedir
Milli Məclisin deputatı Sputnik.Qiraət-də şeir oxudu
Milli Məclisin növbəti plenar iclası keçirilir
İyunun 18-də Azərbaycanda Milli Məclisə seçkilər olacaq
Milli Məclisin növbədənkənar iclası keçirilir
Milli Məclisdə 6 qanun layihəsi qəbul olunub