Ev şəraitində hazırlanan süd məhsullarının dadı və faydası tam başqadır

Nazirlik vətəndaşlara müraciət etdi

51
Bitki və heyvan mənşəli qidanın tərkibi yoxlanıldıqdan sonra, vətəndaşlara analizlərin nəticələri barədə məlumat veriləcək, onları maraqlandıran suallara aydınlıq gətiriləcək

BAKI, 8 iyun — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi (KTN) vətəndaşlardan kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə bağlı hər hansı narazılıqları olarsa, nazirliyin 1652 Çağrı Mərkəzinə zəng etməyi xahiş edir. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, meyvə-tərəvəz, xüsusilə bostan bitkilərinin gündəlik qidamızda geniş yer aldığı, ət məhsullarının isə tez xarab olduğu isti fəsillərdə əhalini bu qidaların sağlamlığı, yetişdirilmə və bəslənmə, saxlanma şəraitinin orqanizmə təsiri çox maraqlandırır.

"Respublikada kənd təsərrüfatı sahəsində ən son texnoloji yeniliklərin tətbiqi, bitki sortlarının mühafizəsi, geni dəyişdirilmiş məhsulların qadağan olunması, baytarlıq və fitosanitar nəzarəti ilə dövlət bu narahatlıqları minimum endirməyə çalışsa da, məlumatsızlıq və çox zaman əsassız şayiələr insanları çaşdırmaqda davam edir", — deyə nazirlik bildirir.

KTN vətəndaşların diqqətinə çatdırır ki, bazar və marketlərdən aldıqları və keyfiyyətlərinə şübhə ilə yanaşdıqları hər hansı bitki və ya heyvan məşəli məhsulla bağlı nazirliyin Çağrı Mərkəzinə (sabit telefondan 1652 qısa nömrəsi) müraciət edə bilərlər. Nazirliyin tabeliyində olan müvafiq qurumların, istər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, istərsə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyalarında istənilən bitki və heyvan mənşəli qidanın tərkibi yoxlanıldıqdan sonra, vətəndaşlara analizlərin nəticələri barədə məlumat veriləcək, onları maraqlandıran suallara aydınlıq gətiriləcək.

51
Teqlər:
1652 Çağrı Mərkəzi, məhsul, vətəndaş, KTN, Kənd Təsərrüfatı Nazirliyi
Əlaqədar
Azərbaycan və Macarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər
Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub