Президент РФ В. Путин посетил МИА Россия сегодня

Vladimir Putin Sputnik-ə təşəkkür etdi

117
Rusiya prezidenti Vladimir Putin “Rossiya seqodnya” BİA-nin təşkilatçılığı ilə “Jurnalistikada yeni dövr: meynstrimlə vidalaşma” mövzusunda keçirilən beynəlxalq mediaforumda iştirak edib.

BAKI, 7 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin “Rossiya seqodnya” BİA-nin təşkilatçılığı ilə “Jurnalistikada yeni dövr: meynstrimlə vidalaşma” mövzusunda keçirilən beynəlxalq mediaforumda iştirak edib. 

Forumun təşkilatçısı olan “Rossiya seqodnya”nın əməkdaşları ilə görüşən Putin onlara belə məsuliyyətli tədbirə və əməkdaşlığa görə təşəkkür edib. O, həmkarlar arasında birbaşa söhbətlərin həmişə faydalı olduğunu vurğulayıb. 

"Forumun rusiyalı və əcnəbi iştirakçılarına iki gün ərzindəki məhsuldar işə, əməkdaşlığa görə minnətdarlıq etmək istəyirəm. Bildiyim kimi, siz ən müxtəlif problemləri və ilk növbədə kütləvi informasiya vasitələrinin dəyişən dünyada rolunu müzakirə etmisiniz, sizi düşündürən məsələlər, problemlər barədə fikir mübadiləsi aparmısınız. Və əlbəttə ki, həmkarlar arasındakı belə canlı ünsiyyət həmişə faydalıdır və vacibdir", — deyə Putin forum iştirakçılarına bildirib. 

"Müasir media informasiya məkanında sözsüz ki, müzakirə olunacaq çətinliklər, həssas məsələlər çoxdur.” – prezident əlavə edib. 

“Jurnalistikada yeni dövr: meynstrimlə vidalaşma” mövzusunda beynəlxalq mediaforum 6-7 iyunda Moskvada “Sovet Məlumat Bürosu”nun 75 illik yubiley tədbirləri çərçivəsində keçirilib.  “Rossiya seqodnya” (“Rusiya bu gün”) Beynəlxalq İnformasiya Agentliyinin təşkil etdiyi forumda dünyanın 30 ölkəsindən media ekspertləri iştirak edib.

Qeyd edək ki, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi “Rossiya seqodnya”nın beynəlxalq layihəsidir.

117