Şimşək. Arxiv şəkli

Xəbərdarlıq: leysan gəlir

70
İyunun 10-dək hava şəraiti qeyri-sabit olacağı, leysan yağacağı, dolu düşəcəyi, temperaturun aşağı düşəcəyi gözlənilir

BAKI, 7 iyun — Sputnik. Azərbaycanda hava şəraitinin kəskinləşəcəyinə dair xəbərdarlıq edilib. Belə ki, iyunun 7-i axşamdan 10-dək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə bildiriblər ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

70
Teqlər:
dolu, hava şəraiti, xəbərdarlıq, soyuq, leysan, külək, hava, yağış
Əlaqədar
Sabah havanın hərarəti 33 dərəcəyə yüksələcək
Dəyişkən hava şəraiti davam edəcək
Sabaha olan hava proqnozu açıqlandı
Xəbərdarlıq edildi: hava şəraiti kəskin dəyişəcək
Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq