Şəkidə ildırım. Arxiv şəkli

Yenə yağış, dolu, şimşək...

61
Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bölgələrdə isə şimşək çaxacağı, yağış yağacaəı, dolu düşəcəyi gözləntisi var.

BAKI, 6 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

dolu
mediakuzbass.ru

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 07-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

61
Teqlər:
dolu, temperatur, şimşək, külək, hava, yağış
Mövzu:
Azərbaycanda qeyri-sabit hava şəraiti (8)
Əlaqədar
Bakıda yağış, rayonlarda dolu gözlənilir
İntensiv yağışlar gəlir, rayonlara dolu düşəcək
Sabah hava küləkli və yağışlı olacaq
Bir sıra rayonlarda yağış yağacaq, şimşək çaxacaq
Rayonlarda güclü yağış və şimşək gözlənilir
Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir