İlan

Azərbaycanda ən qorxulu ilanların olduğu bölgələr açıqlanıb

9643
Havalar istiləşəndə vətəndaşlarımızı təkcə ilanlar deyil, hörümçəyin bir növü olan qara qurd, sarı və qara əqrəblər də təhdid edir.

BAKI, 5 iyun-Sputnik. Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov yay mövsümünün yaxınlaşması ilə əlaqədar insanları həşərat sancmalarına məruz qalmamaları üçün ehtiyatlı olmağa çağırıb.

Sputnik-in məlumatına görə, A.Maqsudov Trend-ə deyib ki, havalar istiləşəndə hörümçəyin bir növü olan qara qurd və sarı, qara əqrəblərdən zəhərlənmə halları olur. Buna görə də insanlar özlərini bu həşəratlardan qorumalıdırlar: "Hələlik havalar sərin keçdiyindən bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlər edilməyib. Ancaq havalar istiləşən kimi bununla bağlı müraicətlərin daxil olacağı gözlənilir".

A.Maqsudovun sözlərinə görə, bu il qara qurd sancması ilə əlaqədar 3, əqrəb sancması ilə əlaqədar 5 nəfər xəstəxanaya müraciət edib.

Toksikoloqun sözlərinə görə, ilan sancmaları bu il aprel ayından qeydə alınmağa başlayıb. Apreldən indiyədək ilan çalması ilə əlaqədar 18 nəfər xəstəxanaya müraciət edib. Onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib. Həmin şəxslərin 2-nin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağır olub. Bu il ilan və həşərat sancmaları nəticəsində ölüm hadisəsi olmayıb.

Ötən illə müqayisədə ilan və həşərat sancmaları ilə bağlı müraciətlərin sayının hələlik az olduğunu deyən A.Maqsudov bildirib ki, ilan sancan zaman ilkin əlamətlər özünü çox tez büruzə verməyə başlayır. Sancmadan sonra dəridə qızarma, şiş yaranır, ağrılar olur. Bu əlamətlər getdikcə özünü daha kəskin göstərməyə başlayır.

A.Maqsudov bildirib ki, Azərbaycanda insanları əsasən sarı əqrəb sancır. Sancmadan sonra dişlənmiş nahiyədə şiddətli, dözülməz ağrı olur. Belə şəxslərdə qısa müddət ərzində ürək döyüntüsü, hava çatışmazlığı halları yaranır, qan təzyiqi aşağı düşür.

O qeyd edib ki, arı sancdıqda qızartı yaransa və ağrı olsa da, həmin yerə buz qoyulduqda bu əlamətlər getdikcə azalır.

Toksikoloqun sözlərinə görə, ilan sancdıqda ilkin tibbi yardım olaraq, həmin yerə yod məhlulu və tibbi spirt sürtmək lazımdır. Belə şəxs çox hərəkət etməməli, imobilizasiya vəziyyətində olmalıdır və onu təcili həkimə çatdırmaq lazımdır: "Zəhəri sovurmaq, ya da oraya sarımsaq, qatıq və s. sürtmək olmaz. Çünki onda həmin yerdə infeksiyalaşmış yara əmələ gəlir. İlan sancan adamlara turna da bağlamaq məsləhət deyil. Bunu bağlamağın bir o qədər əhəmiyyəti yoxdur. Kimsə turna bağlasa, bu, çox qısa müddətə — 20-30 dəqiqəlik olmalıdır, o da çox sıxılmamalıdır. Turnanın bağlanıldığı vaxt da mütləq qeyd edilməlidir".

A.Maqsudov deyib ki, əqrəb sancmaları, əsasən, Bakıətrafı ərazilərdə qeydə alınır. İlan sancmaları ilə əlaqədar müraciətlər isə Bakının Xəzər rayonu Zirə qəsəbəsi, Suraxanı rayonu Bülbülə qəsəbəsindən, tək-tək hallarda Qaradağ rayonundan, eləcə də bölgələrdən — Şamaxı, Qəbələ, Ağsu, Şəmkir və Tovuzdan daxil olur.

9643
Teqlər:
Azər Maqsudov, Toksikologiya, Klinik Tibbi Mərkəz, Azərbaycan Səhiyyə Nazirliyi, ilan sancması, ilan, Azərbaycan
Əlaqədar
Azərbaycanda süni şəraitdə ilan yetişdiriləcək
FHN əhalini ilan və əqrəbdən qorunmağa çağırıb
Şəkidə 34 yaşlı qadını ilan sancıb
Qəbələdə uzunluğu 4 metr olan ilan öldürdülər
Cəlilabadda 12 yaşlı qızı gürzə ilanı sancıb
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar