Türkiyə və Avropa İttifaqının bayraqları. Arxiv şəkli

Türkiyədən Avropa Birliyinə tərs şillə

7462
(Yenilənib 19:56 05.06.2016)
Ankara miqrantların geri qəbulu ilə bağlı sazişin tətbiqini təxirə saldı.

BAKI, 5 iyun-Sputnik. Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb.

Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.

16 dekabr 2013-cü ildə Türkiyə və Avropa İttifaqı arasında imzalanan və 2014-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən razılaşma 1 iyun 2016-cı ildən qüvvəyə minməli idi. Razılaşma Türkiyədən keçərək Danimarka və İtaliya istisna olmaqla, Avropa İttifaqı ölkələrinə qeyri-leqal yolla gedən üçüncü ölkə vətəndaşlarının Türkiyəyə qaytarılmasını nəzərdə tutur. Lakin Avropa İttifaqı viza sərbəstliyinin tətbiqindən əvvəl Türkiyəyə terrorizmlə mübarizəyə dair qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb. Türkiyə də bu səbəbdən razılaşmanı dondurmaq qərarına gəlib.

Artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Avropa İttifaqı naziri Ömər Çelik rəsmi Ankaranın bu qərarını Avropa İttifaqına bildirib.

Türkiyə Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbə "Akşam" qəzetinə bildirib ki, miqrantların geri qəbulunu nəzərdə tutan sazişin dondurulması Avropa İttifaqı tərəfindən anlayışla qarşılanıb. "Normal şərtlərdə miqrantların geri qəbulu ilə bağlı razılaşma iyunun 1-də qüvvəyə minməli, iyul ayından isə Türkiyə vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri başlamalı idi. Türkiyə bu iki razılaşmanın birliklə qüvvəyə minməsinin daha uyğun olacağına qərar verib." — deyə- mənbə bildirib.

7462
Teqlər:
Danimarka, Akşam, Ömər Çelik, viza, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Avropa Birliyi, saziş, Avropa İttifaqı, İtaliya, Türkiyə Avropa Birliyi, miqrant, Türkiyə
Əlaqədar
Avropanın viza restinə Türkiyədən sərt cavab
Avropa İttifaqı Türkiyə ilə viza müzakirələrini dayandırdı
Avropa Komissiyası Türkiyə vətəndaşları üçün vizaların qaldırılmasına qərar verdi
"Avropa Birliyi kürd amilini bəhanə edərək viza müqaviləsini təxirə sala bilər"
Türkiyə Avropa İttifaqı ölkələri üçün viza rejimini ləğv etdi
Gəncədə vəziyyət

Məşhur türk müğənni konsertindən gələn gəliri gəncəlilərə bağışlayacaq

4
(Yenilənib 23:15 21.10.2020)
Ayhan Ulu (Pau) “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib

BAKI, 21 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Ayhan Ulu (Pau)  da “Twitter” hesabında Gəncəylə bağlı paylaşımları ilə diqqət çəkib. O, erməniləri müdafiə edən eks-model Tuğba Özayla da dava edib.

Bundan başqa, İzmirin məşhur ifaçılarından olan Pau bir neçə konsertinin gəlirini Gəncə qətliamından zərər görən şəxslərə bağışlayacağını bildirib: "Gələn həftə konsertlərimdən götürəcəyim gəliri Gəncə xalqına bağışlayacağam. Həmişə yanınızdayam. Azərbaycana hər zaman dəstək verəcəyəm".

Qeyd edək ki, Türkiyənin dünya şöhrətli müğənnisi, meqastar Tarkan da Gəncədə baş verən terrora səssiz qalmayıb. O,  “Instagram” hesabında ermənilərin Gəncəyə xain hücumunu pisləyən paylaşım edib.

“Dualarım qardaş ölkə Azərbaycanladır. Xain hücumlarda həyatını itirənlərə allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirəm. Çox kədərliyəm. Qəlbim Azərbaycan xalqı ilədir”, - ulduz müğənni qeyd edib.

4
Teqlər:
dəstək, konsert, müğənni, məşhurlar, Türkiyə, ölənlər və yaralılar, erməni təxribatı, raket zərbələri, Gəncə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Kompüter arxasında qız, arxiv şəkli

Azərbaycanda Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sisteminin sınaqlarına başlanacaq

2
(Yenilənib 23:08 21.10.2020)
Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır

BAKI, 21 oktyabr — Sputnik. Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O qeyd edib ki, "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur: “"Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyaları Energetika Nazirliyinə həvalə edilib.

Cari ilin sonuna kimi "ASAN xidmət" tərəfindən sistemin test fazasına başlanması planlaşdırılır. Bu, istehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır. Kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi, müvafiq xidmətlər üzrə müraciətlərin vahid platformadan ünvanlanması, bu xidmətlərin hər kəs üçün daha əlçatanlığı və fasiləsizliyi, yaranan çətinliklərin operativ həlli baxımından faydalıdır”.

“Vətəndaş müraciətlərinin obyektiv araşdırılaraq cavablandırılması, xidmətlərin icrası zamanı sui-istifadə hallarının qarşısının alınması, xidmətlərin icra vəziyyətinə dair mərkəzləşdirilmiş təhlil və hesabatların aparılması, istifadəçilər tərəfindən xidmətin keyfiyyətinə dair təklif və iradların toplanması, həmçinin vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılacaq Vahid Çağrı Mərkəzinin formalaşdırılması ilə bağlı Konsepsiya layihəsi də Nazirlər Kabinetinə təqdim edilib. Bütün bu tədbirlər açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini əsas tutaraq dövlət xidmətlərinin təkmilləşdirilməsinə, ictimai nəzarətin gücləndirilməsinə xidmət edəcək”, - deyə nazir bildirib.

2