SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Angela Merkel İlham Əliyevlə görüşmək qərarına gəlib

© AP Photo / Fritz ReissAlmaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə
Almaniya kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

BAKI, 3 iyun-Sputnik. Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Sputnik APA-ya istinadla bildirir ki, bu barədə "newskitchen.eu" saytı xəbər verib.

Sayt bildirib ki, bu gün keçirdiyi brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycandakı vəziyyət, habelə Dağlıq Qarabağ münaqişəsinin diqqət mərkəzində olacağını deyib.

Ş. Zaybert Almaniya kansleri ilə Azərbaycan prezidentinin birgə mətbuat konfransı keçirəcəyini də bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi — Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Xəbər lenti
0