Bakıda yağış

Dəyişkən hava şəraiti davam edəcək

345
Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

BAKI, 3 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 04-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 04-05-də Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

345
Teqlər:
dolu, bulud, soyuq, isti, külək, hava, yağış
Əlaqədar
İntensiv yağışlar gəlir, rayonlara dolu düşəcək
Sabah hava küləkli və yağışlı olacaq
Bölgələrdə yenə yağış yağacaq
Bir sıra rayonlarda yağış yağacaq, şimşək çaxacaq
Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir
Gündüz quraqlıq, gecə yağış gözlənilir
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

2
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

2
Quşçuluq ferması

Quşçuluq təsərrüfatları çətin dönəmdə - Yeməyə toyuq tapmayacağıq

114
"Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. "Quşçuluq təsərrüfatlarında çətinlik var. İşçilərin sayının azalması istehsala təsir edir".  Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev söyləyib. O bildirib ki, quş yeminin xaricdən gətirilməsi pandemiya dövründə istehsala təsirsiz ötüşməyib: "Quş yemi idxalı bahalaşıb. Yemin qiyməti artsa da, quş ətinin yerli istehsalında qiymət artımı yoxdur".

A.Vəliyev qanunsuz quş əti istehsalı məsələsinə də toxunub. O bildirib ki, belə gizli sexlərin aşkarlanması vacibdir: "Nəzarətsiz istehsal edilən quş ətləri, onlara vurulan maye araşdırılmalıdır. Bunu edənlər cinayətkardır. Quş əti istehsalı ilə qanuni məşğul olan şirkətlərin istehsal etdikləri məhsulun üzərində zəruri qeydlər olur. Məhsulun harada, nə vaxt istehsal edildiyi əks olunur. Amma bu gün gizli sexlərdə quş ətinə vurulan mayenin tərkibi məlum deyil".

114