Azneft dairəsi

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

33
(Yenilənib 21:33 01.06.2016)
İyunun 1-dən 2-ə keçən gecə, saat 01:00-da Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

BAKI, 1 iyun — Sputnik. Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini sürətlə davam etdirir. Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, hazırda Bakı Şəhər Halqası boyunca təhlükəsizlik baryerləri ilə yanaşı, trek ətrafında əvvəlcədən müəyyənləşdirilmiş yerlərdə tribunalar quraşdırılmaqdadır.

Sonuncu tribunanın — Azneft dairəsi üzərində inşa olunacaq eyniadlı tribunanın quraşdırılmasına iyunun 2-dən etibarən start veriləcək. Bu səbəbdən iyunun 1-dən 2-ə keçən gecə, saat 01:00-da Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, Azneft tribunası eyniadlı dairənin üzərində inşa olunacağına görə, bir az aralıda, yenə Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində müvəqqəti əvəzedici dairə quraşdırılacaq. Mövcud dairə üzərində Azneft tribunasının quraşdırılması səbəbindən Neftçilər prospekti, Bayıl qəsəbəsi tərəfindən gələn nəqliyyat vasitələri üçün 13 metr genişliyədək daraldılacaq və burada nəqliyyatın hərəkəti hər iki istiqamətdə tam təmin olunacaq. Sözügedən məhdudiyyətin 26 iyun tarixində aradan qaldırılması nəzərdə tutulub.

Xatırladaq ki, 14-21 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq. Yalnız əvvəlcədən təyin olunmuş zonalara giriş icazəsini göstərən müvafiq nişana sahib nəqliyyat vasitələrinin bu zonalara girişinə ancaq gecə saatlarında (saat 00:00-dan 06:00-dək) icazə veriləcək.

33
Teqlər:
Azneft dairəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Avropa Qran Prisi, nəqliyyat, küçə
Əlaqədar
Allah heç bir sürücünün yolunu bu küçədən salmasın!
Paytaxtın daha bir mərkəzi küçəsi bağlanacaq
Bakı küçələrində "Yaşasın Azərbaycan" şüarları səslənir
Bakının mərkəzi küçələri bağlanır
Paytaxtın bu küçəsi də sürücülərin ixtiyarına verildi