FİDE prezidenti Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri ilə görüşüb

"Bakı Olimpiadası şahmat tarixində yeni səhifə açacaq"

3
FİDE prezidenti Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri ilə görüşüb.

BAKI. 27 may — Sputnik. FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadası Təşkilat Komitəsinin sədri Yaqub Eyyubovla görüşüb. Şahmat federasiyasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının rəhbəri paytaxtımızda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlığın gedişatından razı olduğunu bildirib. Kirsan İlyumjinov söyləyib ki, Bakı şəhəri indiyə qədər keçirilən şahmat olimpiadalarından ən yaxşısını təşkil etməklə yarışın tarixində yeni səhifə açacaq. 

Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov eləcə də AŞF-nin vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənovun iştirak etdiyi görüşdə Bakı Şahmat Olimpiadasının hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğu bildirilib. 

3