Zaqatala.Arxiv şəkli

Zaqatalada qadın quduzluq xəstəliyindən ölüb

50
(Yenilənib 10:56 27.05.2016)
Rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.

BAKI, 27 may — Sputnik. Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, rayonun  Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova bu gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib. 

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki,  aprel ayının 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova vaxtında həkimə müraciət etməyib.  

50