Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində 28 May Respublika gününə həsr olunan tədbir keçirilib

Dövlət Agentliyində Respublika günü qeyd olundu

22
"Respublika günü" münasibətilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bir neçə əməkdaşı "fəxri fərman" la təltif olunub

BAKI, 26 may — Sputnik. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABOEMDA) bu gün 28 May Respublika gününə həsr olunan tədbir keçirilib. Sputnik xəbər verir ki, tədbirdə Dövlət Agentliyinin sədri, rəhbər işçiləri və media nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə Dövlət agentliyinin Sədri Akim Bədəlov açıb. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını milli dövlətçiliyimizin parlaq səhifələrindən olduğunu, bu tarixi günün böyük hörmət və ehtiramla qeyd edildiyini və Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrindən danışıb.

Sonra digər çıxışlar və bayram təbrikləri dinlənilib. Sonda "Respublika günü" münasibətilə dövlət agentliyinin bir neçə əməkdaşı "fəxri fərman" la təltif olunublar.

22
Teqlər:
Akim Bədəlov, ABOEMDA, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, 28 May - Respublika Günü
Əlaqədar
28 May - ADR-in quruluş günü: Tarixin açılmayan səhifələri
Xalqın azadlıq arzusundan yaranan Cümhuriyyət
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfini xilas edən üsyan
Xalq Cümhuriyyətinin tərəfdarı olduğuna görə qətl edilmiş aşıq
Cümhuriyyətimizin tarixində ən vacib günlərdən biri
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

7
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

7
Film çəkilişi, arxiv şəkli

Doqquz il qabaq "Yoluxma" filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz verilib

7
(Yenilənib 20:47 28.11.2020)
"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim".

BAKI, 28 noyabr — Sputnik. Britaniyalı aktyor Cud Lou "Contagion" ("Yoluxma") filmi üzərində işləyərkən ekspertlərin filmdəkinə bənzər pandemiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə THR-ə verdiyi müsahibəsində bildirib: "Bunun belə olacağını hiss edirdik. Senarist Skott Berns və rejissor Stiven Soderberg avtoritar elm adamları ilə işləyirdilər. Onlar bunun tez və ya gec baş verəcəyinə bizi əmin edirdilər. Məsələ bunun sadəcə nə vaxt baş verəcəyində idi".

Onun sözlərinə görə, ekspertlər mümkün pandemiya ilə bağlı vəziyyəti həqiqətə çox yaxın şəkildə izah ediblər.

"Bunu mütəxəssisdən öyrənmək qorxuncdur, ancaq qəbul etməyə hazır olursan".

Lou həmçinin bildirib ki, film onu bərk qorxudub, lakin vaxt keçdikdən sonra (film 2011-ci ildə çəkilib) sakitləşib.

"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, bəşəriyyətin ölümcül virusla mübarizəsindən bəhs edən filmdə o, baş rollardan birini – bloger Alan Krumvyedanı oynayıb.

Filmdə həmçinin Mett Deymon, Keyt Uinslet, Lourens Fişbern, Marion Kotiyar, Qvinet Peltrou və digər aktyorlar iştirak ediblər.

7