İŞİD-in "paytaxtı" Rakka şəhərinin azad edilməsi üçün əməliyyata başlanılıb

© AP Photo / Raqqa Media Center via APRakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli
Rakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, “Əhrar Rakka” və “Liva Təhrir” briqadaları tərəfindən aparılır.

BAKI, 24 may — Sputnik. Suriyada İŞİD terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün bu gün günorta saatlarında hərbi əməliyyatlara başlanılıb.

Sputnik-in “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, “Əhrar Rakka” və “Liva Təhrir” briqadaları tərəfindən aparılır.

Koalisiya qüvvələrinin hərbi əməliyyatlara havadan dəstək verəcəyi bildirilib.

Hücuma Kobani şəhərinin cənubundan başlanılıb. İlk hədəf kimi Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb.

Xəbər lenti
0